Türkiyə mətbuatı, 30 noyabr 2023

“Vatan”, “Haber Türk”, “Hürriyet”, “Star” və “Yeni Şafak” nələrdən yazır?

2070850
Türkiyə mətbuatı, 30 noyabr 2023

 

“Vatan”: Ərdoğanın Yunanıstana dialoq çağırışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələr arasında fikir ayrılıqlarının təbii olduğunu söyləyərək deyib: “Əsas bu fikir ayrılıqlarını dalana dönmədən həll etmək iradəsidir. Türkiyə bu iradəyə sahibdir. Biz oturub danışanda öhdəsindən gəlməyəcək bir problemimiz olmadığına inanırıq. Dekabrın 7-də etməyi planlaşdırdığımız Yunanıstan səfərinə yanaşmamız da bu istiqamətdədir”.

“Haber Türk”: Ərdoğan “İsrail qanun qarşısında cavab verəcək” dedi

  Türkiyə prezidenti R.T.Ərdoğan İsrailin qanun qarşısında cavab verəcəyini bildirib: “Qəzzada əsrin ən böyük vəhşiliklərindən birini törədən İsrail baş naziri Binyamin Netanyahu “Qəzzanın qəssabı” kimi tarixə düşdü.

“Hürriyet”: Ərdoğanın sözləri dünya mətbuatındadır

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Netanyahu adını “Qəzzanın qəssabı” olaraq yazdırdı” sözləri bütün dünyada rezonans doğurub. Xəbər agentlikləri Ərdoğanın açıqlamalarını oxucularına “təcili” kodu ilə təqdim edib, bir çox qəzetlər bu mövzuya geniş yer ayırıb.

“Star”: Türkiyənin Qəzzada pozucu rolu

  İsrail-Həmas qarşıdurmasında İsrail və onun işbirlikçilərinin dezinformasiyalarına baxmayaraq, Qərbdə və digər bölgələrdə milyonlarla adam Türkiyə və Qətər kimi bir neçə ölkənin mətbuat orqanlarının sayəsində onların söylədiklərinin heç də həqiqətə uyğun olmadığını gördü. İnsanlar İsrailin dediklərinə reaksiyalarını göstərmək üçün küçələrə çıxdılar. Beləliklə, İsrail informasiya müharibəsini itirdi.

“Yeni Şafak”: Avropa İttifaqından Türkiyəyə Qəzza mesajı

  Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell Yaxın Şərq sülh prosesi ilə bağlı demək olar ki, hər bir münaqişənin həllində mühüm rol oynayan Türkiyə ilə əlaqəli çalışmağa hazır olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr