Türkiye mətbuatı: 15 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2064464
Türkiye mətbuatı: 15 noyabr 2023

''Yenişafak'': Hakan Fidan: ''Dərhal atəşkəs elan edilməlidir"

Xarici işlər naziri Hakan Fidan BMT Baş katibinin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Venneslandla telefon danışığı aparıb.Hakan Fidanla Tor Vennesland arasında baş tutan telefon danışığında Qəzzadakı son vəziyyət müzakirə edilib.Nazir Hakan Fidan söhbət zamanı vurğulayıb ki, baş verənlər hər kəsə iki dövlətli həll yolunun həyata keçirilməsinin zəruri olduğunu göstərdi. 

''Star'': Türkiye Qəzza xalqı üçün hərəkətə keçdi

Türkiye Qəzza xalqı üçün hərəkətə keçdi. Səhiyyə Nazirliyinin qrupları həm Rəfah sərhəd-buraxılış məntəqəsi yaxınlığındakı səhra xəstəxanasının tikintisinə dəstək verir, həm də Fələstində səhra xəstəxanasının yaradılması üçün səylər göstərir.

''Habertürk'': Rəcəb Tayyib Ərdoğan Ahıska türkləri ilə bağlı paylaşım edib
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Ahıska türklərinin öz torpaqlarından sürgün edilməsinin 79-cu ildönümü ilə əlaqədar etdiyi paylaşımda bu ifadələrə yer verib: "Ahıska türkü qardaşlarımızın hüquqlarını hər platformada müdafiə etməyə davam edəcəyik".

''Hürriyet'': ''Bayraktar TB3'' 6-cı sınaq uçuşunu uğurla başa çatdırdı
"Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar silahlı pilotsuz uçuş aparatı ''Bayraktar TB3''ün 6-cı sınaq uçuşunu uğurla başa çatdırdığını açıqlayıb.

''Sabah'': "Türkiye ixrac etdiyi təzə meyvə-tərəvəzdən təxminən  3 milyard dollar gəlir əldə edib
Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Ferhat Gürüz Türkiyenin oktyabr ayında həyata keçirdiyi təzə meyvə-tərəvəz ixracının 2021-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 314 milyon dollara çatdığını ifadə edib. O, yanvar-oktyabr ayları arasında həyata keçirilən ixracdan isə 2,6 milyard dollar gəlir əldə edildiyini deyib.



Әlaqәli Xәbәrlәr