Türkiye mətbuatı: 31 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2058038
Türkiye mətbuatı: 31 oktyabr 2023

''Hürriyet'': Ərdoğan: ''Biz Almaniya ilə dərin əlaqələrimizə böyük əhəmiyyət veririk''

Prezident Rəcəb Tayyib Ərdoğan dost və müttəfiq Almaniya ilə siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələri əhatə edən dərin  əlaqələrə böyük əhəmiyyət verdiklərini bildirdi.

''Star'': ''Fələstinə dəstək nümayişlərini qadağan edərkən, Qurana qarşı hücumlara icazə vermək ikili standartdır''

Xarici işlər naziri Hakan Fidan dünən  Avropa İttifaqının (Aİ) Türkiyedəki Nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin Ankaradakı səfirlərini qəbul edib. Görüşdə çıxış edən Hakan Fidan deyib:"Bəzi Avropa ölkələrində Fələstinə dəstək nümayişlərini qadağan etmək üçün addımlar atılarkən, ifadə azadlığı adı altında müqəddəs kitabımız Qurani-Kərimi hədəf alan hücumlara icazə verilməsi ikili standartdır".

''Haber Türk'': Oktyabrın 29-da Anıtqəbiri rekord sayda insan ziyarət edib

Milli Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamada Türkiye Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar paytaxt Ankarada Ulu Öndər Mustafa Kamal Atatürkün mavzoleyinin yerləşdiyi Anıtqəbiri 1 milyon 182 min insanın ziyarət etdiyi bildirilib.

''Sabah'': Türkiyenin ilk yerli peyki 2024-cü ildə kosmosa buraxılacaq

Türkiyenin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) sədri, professor Hasan Mandal dünən ilk yerli rabitə peyki olan Türksat 6A-nın 2024-cü ildə kosmosa buraxılacağını açıqlayıb.

''Vatan'': 9 ayda dəniz məhsulları ixracından 313 milyon dollar gəlir əldə olunub
Bu ilin ilk 9 ayında Türkiyedən təxminən 35 ölkəyə həyata keçirilən dəniz məhsulları ixracından 313 milyon 343 min 154 dollar gəlir əldə olunub.



Әlaqәli Xәbәrlәr