Türkiye mətbuatı, 11 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2049180
Türkiye mətbuatı, 11 oktyabr 2023

"Sabah": Ərdoğan: "Son həll yolu müstəqil Fələstindir”

Prezident Rəcəb Tayyib Ərdoğan İsrail və "Həmas" arasında sülhün bərqərar olması üçün bölgədəki qüvvələri məsuliyyət daşımağa çağırıb. Ərdoğan: “Hazırda Qəzza amansızcasına bombalanır. Son həll yolu paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin həyata keçirilməsidir" deyib. 

"Star": N.Kurtulmuş: "Münaqişələr fələstinlilərə məhəl qoymayan anlayışın nəticəsidir”

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsrail və Fələstin qrupları arasındakı qarşıdurmalarla əlaqədar olaraq, “Bu qarşıdurmalar 1948-ci ildən bəri davam edən, davamlı ədalətsizlikdən qidalanan, 1967-ci ildən sonra ilhaqlar, işğallar və yeni məskunlaşmalarla fələstinlilərə məhəl qoymayan yanaşmanın son nöqtəsidir"  ifadələrindən istifadə edib.

"Vatan": M.Şimşək: "Türkiye güclü bir iqtisadiyyata malikdir”

Xəzinə və maliyyə naziri Mehmet Şimşək "İsrail-Fələstin müharibəsinin Türkiyeyə təsiri necə olacaq?" sualına cavab verərək deyib: "Türkiyenin potensialı böyükdür. Türkiye adambaşına milli gəliri 10 min dolları aşan dünyanın 7 ölkəsindən biridir. Bu, güclü iqtisadiyyatdır, ona görə də ölkəyə qarşı böyük maraq var".

"Haber Türk": BVF Türkiye üçün böyümə proqnozunu artırdı

Beynəlxalq Valyuta Fondu (BVF) bu il qlobal iqtisadi artım gözləntisini 3 faiz səviyyəsində saxlasa da, gələn il üçün proqnozunu 3 faizdən 2,9 faizə endirib. Fond Türkiye iqtisadiyyatının bu il 3 faizdən 4 faizə, gələn il üçün isə 2,8 faizdən 3,25 faizə qədər böyümə gözləntilərini yenidən nəzərdən keçirib.

"Hürriyet": AVRO-2032-yə Türkiye və İtaliya ev sahibliyi edəcək”

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tarixi xoş xəbəri rəsmən açıqlayıb. Türkiye və İtaliya 2032-ci il Avropa Futbol Çempionatına (AVRO 2032) ev sahibliyi edəcək.



Әlaqәli Xәbәrlәr