Türkiyə mətbuatı, 10 oktyabr 2023

“Hürriyet”, “Star”, “Sabah”, “Haber Türk” və “Yeni Şafak” nələrdən yazır?

2048672
Türkiyə mətbuatı, 10 oktyabr 2023

 

“Hürriyet”: Türkiyə vasitəçiliyə hazırdır

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə “Həmas” arasındakı qarşıdurmalarla bağlı “Ədalətli sülhün uduzanı yoxdur” deyib. Ərdoğan bildirib ki, tərəflər tələb edərsə, Türkiyə hər cür vasitəçiliyə, o cümlədən məhbus mübadiləsinə hazırdır.

“Star”: Ərdoğan sülh üçün hərəkətdədir

  İsrail ilə Fələstin arasındakı gərginliyi azaltmaq üçün hərəkətə keçən Türkiyə prezidenti R.T.Ərdoğanın təşəbbüs və açıqlamaları beynəlxalq mətbuatda geniş əks-səda doğurub. Dünya mətbuatı Ərdoğanın gərginliyi azaltmaq üçün addım atdığını və “Fələstin dövləti təxirə salına bilməz” sözlərini vurğulayır.

“Sabah”: Ərdoğanın telefon gərginliyi

  Türkiyə prezidenti R.T.Ərdoğan İsrail-Fələstin gərginliyinə son qoymaq üçün bir sıra ölkələrin başçıları ilə telefonda danışıb. İsrail prezidenti Hersoq və Fələstin dövlət başçısı Abbasla ayrı-ayrılıqda telefonla danışan Ərdoğan münaqişələrin tez bir zamanda sona çatmasını və sakitliyin əldə olunmasını istəyib. Ərdoğan Misir prezidenti Sisi, Livanın baş naziri Mikati, Malayziyanın baş naziri İbrahim və Qətər əmiri Tani ilə də İsrail və Fələstin arasında baş verən hadisələrlə bağlı danışıb.

“Haber Türk”: Türkiyə terrorla mübarizədə qərarlıdır

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərhədlərdə terror dəhlizinin yaradılmasına heç vaxt icazə verməyəcəklərini vurğulayıb. Ərdoğan oktyabrın 1-dən İraq və Suriyanın şimalında aparılan əməliyyatlar nəticəsində ümumilikdə 194 hədəfin məhv edildiyini, 162 terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Yeni Şafak”: Türkiyədən Əfqanıstana kömək əli

  Əfqanıstanda 2 mindən çox insanın həyatını itirdiyi sarsıdıcı zəlzələdən sonra Türkiyə hərəkətə keçdi. Milli Müdafiə Nazirliyi lazım olan humanitar yardım materialları və avadanlıqları hərbi yük təyyarəsi ilə göndərib.



Әlaqәli Xәbәrlәr