Türkiye mətbuatı, 9 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2048012
Türkiye mətbuatı, 9 oktyabr 2023

"Hürriyet": Ərdoğan: "Fələstin dövlətinin elanı təxirə salına bilməz"

Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsini dəyərləndirərkən, "Hazırda bölgəmizdəki problemlərin kökündə Fələstin məsələsi dayanır. Problem həll edilmədikcə, bölgə sülhə həsrət qalacaq. İki dövlətli həll yolunun qorunması vacibdir. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Qüds olan Fələstin dövləti  təxirə salınmaz bir ehtiyacdır" deyib.

"Yenişafak": Suriyanın şimalına yeni hava əməliyyatı

Milli Müdafiə Nazirliyi terror təşkilatı PKK/YPG-yə qarşı həyata keçirilən yeni hava əməliyyatında daha 6 hədəfin məhv edildiyini bildirib. Açıqlamada "Terror təşkilatının istifadə etdiyi neft obyekti və məsul terrorçuların olduğu düşünülən sığınacaq və bunkerlər məhv edilib" deyilib.

"Star": "TB2" və "Albatros" kamikaze ilə dünyada bir ilk

Türkiyenin yerli və milli resurslarla istehsal etdiyi kamikadze pilotsuz dəniz gəmisi (İDA) “Albatros” sınaqdan uğurla keçdi.
Test zamanı 8-lik sürü halında hərəkət edə bilən “Albatros” hədəf gəmiyə hücum edib. Üzərində ROKETSAN döyüş sürsatı olan “Albatros” kamikaze İDA sürüsündən bir vasitə hədəf gəmiyə dəyib və partlayıb.
Müvəffəqiyyətlə başa çatan sınaq atışları nəticəsində 22 metrlik hədəf gəmisi dəqiqələr ərzində suya batıb.

"Sabah": Türkiyeyə daha bir beynəlxalq mükafat

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zigana tuneli və Eğiste Hadimi viadukunun Beynəlxalq Yol Federasiyasından (IRF) birincilik mükafatını aldığını bildirib və bu mükafatların Türkiyenin mühəndislik sahəsində inkişafını ortaya qoyduğunu qeyd edib.

"Habertürk": Prezidentlik Türkiye Velosiped Turu ilə Muğlanın gözəllikləri dünyaya tanıdılacaq

Muğlada keçirilən 58-ci Prezident Velosiped Turunun (Türkiye turu) mərhələlərində dünya şöhrətli velosipedçilər turizm mərkəzlərində pedal işlədəcəklər. Muğlanın tarixi və mədəni gözəllikləri ilə yanaşı, tünd mavi körfəzləri 19 dildə 190 ölkədə milyonlarla insana çatacaq.



Әlaqәli Xәbәrlәr