Türkiye mətbuatı: 4 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2045920
Türkiye mətbuatı: 4 oktyabr 2023

''Sabah'': Rəcəb Tayyib Ərdoğan: ''İndi daha konkret addımlar gözləyirik”

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada həyata keçirilən bombalı hücum cəhdinə toxunaraq deyib “Əgər bu qatillər zərərsizləşdirilməsəydilər və bir yolla xaricə qaçsaydılar, siyasi qaçqın kimi qorunub, kimlərsə tərəfindən hörmətlə qarşılanardılar. Kədərimizi bölüşən dostlarımızdan qınama ilə yanaşı konkret addımlar da görmək istəyirik''.

''Habertürk'': Yaşar Gülər: ''Sərhədlərimizdə yaradılması planlaşdırılan  terror dəhlizi parçalandı''

Türkiyenin milli müdafiə Naziri Yaşar Gülər deyib: “Ölkə daxilində terror təşkilatı məhv edildiyi kimi Türkiyeyə qarşı hücumlar da aradan qaldırılıb. Sərhədlərimizdə yaradılması planlaşdırılan terror dəhlizi parçalanıb''

''Star'': Məhəmməd Şia əl-Sudani: ''İnkişaf Yolu layihəsi fəaliyyətə başladı"

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Fars körfəzindən Türkiyeyə qədər uzanacaq İnkişaf Yolu layihəsinin fəaliyyətə başladığını bildirib.

''Yenişafak'': “Qarabağın minalardan təmizlənməsi Türkiye istehsal olan “OZAN”la həyata keçirilir

Türkiye müdafiə sənayesi tərəfindən hazırlanan OZAN mina detektorları Azərbaycan tərəfindən Qarabağda azad edilmiş torpaqların minalardan təmizlənməsində səmərəli istifadə olunur.

''Hürriyet'': Adelin seçimi türk dizayner oldu

Dünyaca məşhur britaniyalı müğənni Adel Las-Veqasda keçirdiyi konsertdə türkiyəli modelyer Rüfət İsmayılın əl işi olan qara libasda səhnəyə çıxıb.

 



Әlaqәli Xәbәrlәr