Türkiye mәtbuatı, 19 sentyabr 2023

Türkiye mәtbuatında dәrc edilәn bәzi xәbәrlәrin xülasәsi.

2039069
Türkiye mәtbuatı, 19 sentyabr 2023

"Hürriyet": “Carnegie Europe" prezident Ərdoğanın “cəsur” addımlarından yazıb

Belçikanın qeyri-kommersiya təşkilatı olan "Carnegie Europe" son vaxtlar dünya siyasətində oynadığı rol ilə diqqət çəkən Türkiyeyə diqqət yetirərək maraqlı bir təhlil yayımladı. "Carnegie Europe" prezident Ərdoğanın atdığı addımları “cəsur” adlandırıb və Türkiyenin xarici siyasətini isə “Türkiye möhkəm və müstəqil xarici siyasət yürütmək arzusunda olduğunu bəyan edib” deyə yazıb.

"Star": Sıfır Tullantı Hərəkatı qloballaşır: İlk imzanı Prezident Ərdoğandan atdı

Bütün dünya ölkələri üçün nümunə olan “Sıfır Tullantı” hərəkatı qloballaşmaya doğru ilk addımını atıb. 

Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə Türk Evində “Qlobal Sıfır Tullantıya Doğru” tədbiri çərçivəsində imza mərasimi keçirilib.

Prezident Ərdoğan Qlobal Sıfır Tullantı Hərəkatında fərdi iştirakın təmin edilməsi məqsədilə imza üçün onlayn formatda açılan “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi”ni imzalayan ilk şəxs olaraq sıfır tullantı könüllüsü olub.

"Habertürk": Türkiye üçün 2 milyard dollarlıq investisiya planı

"Alibaba" qrupunun sədri Mişel Evans qarşıdakı dövrdə Türkiyeyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını açıqlayıb.

"Sabah": Şərqi Qaradənizin bal ixracı 2 milyon 101 min dollara çatıb

Türkiyenin Şərqi Qaradəniz bölgəsindən bal ixracatı yanvar-avqust ayları arasında 90 faiz artaraq 2 milyon 101 min dollara çatıb.

Şərqi Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib ki, ilin 8 ayında Şərqi Qara dənizdən 734 ton bal ixrac edilib.

"Vatan": Qordion qədim şəhəri YUNESKO-nun Ümumdünya İrs Siyahısında

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında etdiyi paylaşımda bildirib: "UNESKO-nun Ümumdünya İrsi Siyahısına 20-ci mülkümüzü qeydiyyatdan keçirdik. Ankaranın unikal mədəniyyət sərvətlərindən biri olan Qordion antik şəhəri "Dünya mirası" sayıldı. Ancaq işlər hələ bitməyib. UNESCO-dan yeni şad xəbərlər gözləyirik. Anadolunun taxta dəstəkli məscidlərindən almağı gözlədiyimiz müjdə ilə Dünya İrsi Siyahısındakı sayımızı daha da artıracağıq".



Әlaqәli Xәbәrlәr