Türkiye mətbuatı, 7 sentyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2034079
Türkiye mətbuatı, 7 sentyabr 2023

"Star": Ərdoğan Qurana hücumlara reaksiya verib

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) üzvlərini qəbul edib.

Ərdoğan görüşdə "Hər dəfə bildirirəm ki, müqəddəs kitabımız Qurana qarşı Avropada ifadə azadlığı adı altında hücumlara icazə verildiyini qəbul etmirik. Bu açıq-aşkar nifrət cinayətidir və barbarlıq” deyib.

"Hürriyet": H.Fidan: "YPG terrorunun qanuni qüvvə kimi təqdim edilməsinə son qoyulmalıdır”

Xarici işlər naziri Hakan Fidan Suriyada ərəb tayfaları ilə terror təşkilatları arasında yaşanan qarşıdurmalarla bağlı "Bölgədə xüsusilə ərəblərin YPG əli ilə təzyiq altına alınma siyasətinə son qoyulmalıdır. YPG-nin qanuni bir qüvvə kimi göstərilməsinə artıq son qoyulmalıdır. Bu olmayacağı təqdirdə bu qarşıdurmalar sadəcə başlanğıc olar" deyib.

"Habertürk": Varhelyi: "Aİ-Türkiye münasibətlərini inkişaf etdirə bilərik"

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi "Məncə, Ankarada yeni hökumətin qurulması ilə Aİ-Türkiye münasibətlərini yaxşılaşdıra bilərik" deyib.

"Sabah": HÜRJET Türk Ulduzları ilə tarixi uçuşa imza atdı

Yüngül hücum, təlim və patrul vəzifələrindən əlavə olaraq şou nümayiş təyyarəsi kimi istifadə edilə bilən HÜRJET ilk uçuşunu Türk Ulduzları ilə edib.

"Yenişafak": Kapadokiyaya turist axını

2023-cü ilin ilk 8 ayında Türkiyenin ən əhəmiyyətli mədəniyyət və turizm mərkəzlərindən biri olan Kapadokya bölgəsindəki muzey və xarabalıqları 3 milyon 53 min 827 yerli və xarici turist ziyarət edib.



Әlaqәli Xәbәrlәr