Türkiye mətbuatı, 5 sentyabr 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
"Hürriyet": Prezident Ərdoğan: "Taxıl dəhlizi davam etməlidir"
Dünən Rusiyada prezident Vladimir Putinlə görüşən prezident Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi davam etməlidir” mesajını verib və “Bu çərçivədə yeni bir təklif paketi hazırlamışıq. Ümid edirəm ki, Birləşmiş Millətlər Təşkilatının yeni işi ilə nəticə əldə olunacaq. Putin isə sanksiyaların qaldırılacağı təqdirdə razılığa gəlməyə hazır olduqlarını bəyan edib" deyib.
"Vatan": Xarici işlər naziri Hakan Fidan İran prezidenti ilə görüşüb
Ötən gün İranın paytaxtı Tehranda rəsmi görüşlər keçirən Hakan Fidan ölkə prezidenti tərəfindən qəbul edilib. Fidan və Rəisi arasında keçirilən görüşdə regional və qlobal məsələlər müzakirə edilib.
"Star": Ersin Tatar elan etdi: "Türkiye Kıbrısdan (Kipr) çəkilən kimi hücuma keçəcəklər
Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar Rum hissəsinin Limasol şəhərində xarici vətəndaşlara qarşı təşkil edilən hücumlarla əlaqədar olaraq "Türk ordusu Adadan çəkildiyi an, Rum hissəsində irqçi hücumların hədəfində Kıbrıs türkləri olacaq" deyib.
"Sabah": Nazir Bolat avqust ayı ixracat rekordunu açıqladı
Ticarət naziri Ömər Bolat dünən 2023-cü ilin avqust ayı xarici ticarət rəqəmlərini paylaşdı. Nazir Bolat "Avqust ayında ixracatımız 1,6% artaraq 21 milyard 619 milyon dollar səviyyəsinə çatdı. Beləliklə, avqust ayının ən yüksək ixrac dəyərinə çatdıq" deyib.
"Haber Türk": Avtomobil bazarında rekord
Türkiyenin avtomobil bazarında ilin əvvəlindən rekord göstərici avqust ayında da davam edib. Türkiye İxracatçılar Məclisinin məlumatlarına görə, avtomobil sənayesi keçən ay 2 milyard 738 milyon dollarlıq ixrac reallaşdırıb.