Türkiye mətbuatı, 31 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2031065
Türkiye mətbuatı, 31 avqust 2023

Sabah": Ərdoğan: "Türkiyenin yüksəlişi davam edəcək"

Prezident Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Prezident İqamətgahında keçirilən tədbirdə çıxış edib. Bölgədəki böhranların həll ünvanının Türkiyenin olduğunu vurğulayan Ərdoğan "Gücünü dostları ilə paylaşan Türkiyenin yüksəlişi davam edəcək" deyib.

"Haber Türk": Ərdoğandan “Kaan” döyüş təyyarəsi ilə bağlı açıqlama

Prezident Ərdoğan dünən Milli Müdafiə Universiteti Hərbi Akademiyasının Diplomlarının Qəbul və Sancak Təslim Mərasimində verdiyi açıqlamada “Milli Döyüş Təyyarəsi "Kaan"ın 2023-cü ilin sonuna qədər havaya qalxacağını görəcəyik” deyib.

"Star": Türkiyə ilk dəfə mənbə ölkə olacaq

Türkiye ilə Macarıstan arasında imzalanan müqaviləyə əsasən, 2024-cü ildə ölkəsinə təxminən 300 milyon kubmetr türk təbii qazı tədarük ediləcəyini bildirən Macarıstanın xarici və xarici ticarət naziri Peter Szijjarto deyib: “Türkiye ilk dəfə olaraq təkcə tranzit ölkə olmaqla yanaşı həm də mənbə ölkəsi olacaq”.

"Vatan": Ankarada TEKNOFEST coşğusu başladı

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST Cümhuriyyətin 100-cü ildönümündə dünən paytaxt Ankarada öz qapılarını texnologiya və elm həvəskarlarının üzünə açdı.

"Hürriyet": "Filenin sultanları" yarımfinalda

Türkiyenin qadın voleybolçuları Avropa çempionatının yarımfinalına yüksəldi.

Yığma komanda avqustun 30-da Brüsseldə keçirilən yarımfinal qarşılaşmasında Polşa millisini hər üç setdə (25:23, 25:22 və 25:19) məğlub edərək beşinci dəfə adını yarımfinala yazdırdı.



Әlaqәli Xәbәrlәr