Türkiyə mətbuatı, 22 avqust 2023

“Sabah”, “Haber Türk”, “Star”, “Hürriyet” və “Yeni Şafak” nələrdən yazır?

2027574
Türkiyə mətbuatı, 22 avqust 2023

 

“Sabah”: Ərdoğandan BMT-nin sülhməramlı təxribatına sərt reaksiya

  Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı sülhməramlılarının Şimali Kipr Türk Respublikasına (ŞKTR) fiziki müdaxiləsinin Türkiyə üçün heç vaxt məqbul bir vəziyyət olmadığını bildirib: “BMT Sülhməramlı Qüvvəsindən gözlənilən sabitliyi pozan davranışları yerinə adadakı bütün tərəflərin humanitar ehtiyaclarının həllinə töhfə verməsidir”.

"Haber Türk": Ərdoğanın İsveçə "sözünün üstündə dur" çağırışı

  Prezident R.T.Ərdoğan bildirib ki, İsveçin NATO-ya üzvlük protokollarının parlamentdən sürətlə keçməsi üçün İsveç verdiyi vədlərə sadiq qalmalıdır. NATO-ya üzv olmaq üçün Türkiyə İsveçdən terrordan uzaq durmasını tələb edir.

“Star”: Qərb üçün balansı dəyişən səfər

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan Milli Gününü qeyd etmək üçün getdiyi paytaxt Budapeştdə mühüm görüşlərei dünya mətbuatında geniş əks-səda doğurub. “Associated Press” agentliyinin məlumatına görə, mərasimdə Ərdoğanla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev, Qətər Əmiri Şeyx Təmim ibn Həməd əl Sani, Serbiya prezidenti Aleksandr Vuçiç, Qırğızıstan prezidenti Sadir Japarov və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər. AP bu prosesin Qərb ölkələri üçün güc balansını dəyişə biləcəyini yazıb.

“Hürriyet”: Türkiyənin Qurana hücuma reaksiyası

  Türkiyə Danimarka və Hollandiyadakı səfirlikləri ilə bir sıra müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasının davam etməsilə bağlı narahatlıqlarını Danimarka və Hollandiya diplomatlarına çatdırıb.

  Danimarkanın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Türkiyədəki səfirliyinin müşaviri Ankarada Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb, yaranmış narahatlıqlar dilə gətirilib və Türkiyənin bu hərəkətləri ən sərt şəkildə qınadığı bir daha vurğulanıb.

“Yeni Şafak”: İnvestorların Türkiyəyə marağı

  Türkiyənin iqtisadi reytinq proqnozu ilə bağlı müsbət atmosferlə yanaşı xaricdən investisiya hücumları gəlməyə başlayıb. ABŞ mərkəzli “Ethos Asset Management” Türkiyədəki şirkətlərə 2024-cü ilə qədər 250 milyon, 2024-cü ilin sonuna qədər isə 516 milyon dollar maliyyə dəstəyi verəcəyini açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr