Türkiye mətbuatı, 21 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2026963
Türkiye mətbuatı, 21 avqust 2023

"Vatan": Prezident Ərdoğanın keçirdiyi bir sıra  mühüm görüşlər

Prezident Rəcəb Tayyib Ərdoğan dünən bir günlük səfərdə olduğu Macarıstanda Macarıstanın Baş naziri Viktor Orban ilə ikitərəfli görüş keçirib. Ərdoğan Özbəkistan prezidenti Mirziyoyev və Serbiya prezidenti Aleksandir Vuçiçlə də görüşüb.

"Hürriyet": Ersin Tatar: “Heç kimin torpağında gözümüz yoxdur”

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar KKTC-nin suverenliyində olan torpaqlarda inşa edilən Pile-Yiğitler yolunun tikintisi ilə bağlı, “Bu yolun böyük hissəsi sərhədlər içərisindədir. Humanitar səbəblərə görə əhəmiyyət daşıyır, heç bir hərbi məqsəd yoxdur, biz öz suverenliyimizi qoruyacağıq. Bizim heç kimin torpağında gözümüz yoxdur" deyib.

"Yeni Şafak": Almaniya mətbuatından diqqət çəkən təhlil

Almaniya mətbuatı Türkiye, Rusiya və Qətərin bir aydan artıqdır dayandırılan Qara Dəniz Taxıl Dəhlizi Sazişinə alternativ hazırladıqlarını iddia edib. Qətərin taxıl tədarükünün sponsorluğunu, Türkiyenin isə razılaşmanın koordinasiyasını öz üzərinə götürəcəyini bildirən qəzetə görə, bu üç ölkə yeni razılaşmaya hazırlaşır.

"Star": Nazir Yumaklı: "Türk dünyasına açılan qapı olacaq"

Zəngəzur dəhlizi ilə bağlı Türkiyenin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “İnşallah bu dəhliz Türk dünyasına bir qapı olaraq açıldığı zaman həm ticarət, həm də mədəni əlaqələrimiz bir daha bir-biri ilə görüşəcək” deyib.

"Sabah": Milli komanda iki oyunda da qalib gəldi

Qadın voleybolçulardan ibarət Türkiye millisi 2023-cü il CEV Qadınlararası Voleybol üzrə Avropa Çempionatının ikinci oyununda Azərbaycanı 3:0 hesabı ilə məğlub edərək, iki oyunda da qalib gəldi. Millilər ilk oyununda İsveçi eyni hesabla məğlub etmişdilər.



Әlaqәli Xәbәrlәr