Türkiye mətbuatı, 18 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2026182
Türkiye mətbuatı, 18 avqust 2023

"Hürriyet": Alman qəzeti dünyaya elan etdi: "Türkiye vasitəçidir”

Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxmasına imkan verən taxıl müqaviləsinin müddətini uzatmayacağını açıqladıqdan sonra Almaniyanın “Frankfurter Rundschau” qəzeti Türkiyenin tənlikdəki mövqeyinə diqqət çəkib. Qəzet yazıb ki, Türkiye həm Qərb, həm də Rusiya ilə danışıqları davam etdirir.

"Star": Təəccüblü etiraf: "ABŞ Türkiyeyə etirazını bildirməkdə tərəddüd edir”

"American Journal of Foreign Affairs" qəzeti yazıb ki, Amerika Birləşmiş Ştatları (ABŞ) prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə gəlmək məburiyyətində qalacaq. Jurnal "Türkiye geosiyasi və hərbi əhəmiyyəti və iqtisadi potensialı sayəsində əvəzolunmaz müttəfiqdir. ABŞ anlaşmazlığı ağırlaşdırmaq istəmədiyinə görə Türkiyeyə qarşı çıxmaqda tərəddüd edir, çünki o, münaqişəni gərginləşdirmək istəmir” ifadələrindən istifadə edib.

"Yeni Şafak": Türkiyenin səhiyyə sistemi tərfilənib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankaradakı səfiri Səid Sani əz-Zahiri Türkiyenin çox irəli və inkişaf etmiş səhiyyə sisteminə malik olduğunu bildirib. "Turizm məqsədi ilə gələn 140 min insanın bir hissəsi Türkiyeyə sağlamlıq turizmi və tibbi xidmət üçün gəlir", - Zahiri bildirib.

"Haber Türk": Türkiyedə işsizlik azalıb

Türkiyedə işsizlik nisbəti ilin ikinci rübündə bir əvvəlki rübə görə 0,3 bal azalaraq 9,7 faiz olaraq reallaşıb. 2023-cü ilin II rübündə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 151 min nəfər artaraq 31 milyon 513 min nəfər, məşğulluq səviyyəsi isə 0,1 faiz bəndi artaraq 48,2 faiz olub.

"Vatan": Türkiyəe iqtisadiyyatı böyüməyə davam edəcək

Xəzinə və maliyyə naziri Mehmet Şimşək 2023-cü ildə bütün çətin maliyyə şərtlərinə baxmayaraq, Türkiye iqtisadiyyatında 4,5 faiz civarında bir böyümə proqnozlaşdırdıqlarını söyləyib. Növbəti 5 ildə qlobal artımın təxminən 3% olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr