Türkiye mətbuatı, 17 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2025636
Türkiye mətbuatı, 17 avqust 2023

"Haber Türk": Nazir Şimşək: "Ölkəmizə sərmayə qoyanların yanındayıq"

Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyedə sərmayələri olan Yaponiyanın aparıcı şirkət rəhbərləri ilə görüşüb. Şimşək “Ölkəmizə sərmayə qoyan, məşğulluğu təmin edən və əlavə dəyər yaradan bütün tərəflərin yanındayıq” deyib.

"Sabah": Türkiye bir çox ölkədən müsbət mənada fərqlənib

Vitse-prezident Cevdet Yılmaz "Zəlzələ fəlakətinə baxmayaraq, Türkiye iqtisadiyyatı 2023-cü ilin ilk rübündə 4 faiz böyüməyi bacardı" deyib. Nazir Yılmaz Türkiyenin güclü istehsal və ixrac imkanları ilə digər ölkələrdən müsbət şəkildə fərqlənən bir mövqe əldə etdiyini bildirib.

"Yeni Şafak": İnvestorlar birjaya axışır

Yeni iqtisadiyyat idarəçiliyindən sonra yaranan nikbin əhval-ruhiyyə birjada da özünü göstərdi. Birjada investorların sayı 5 milyon 630 min 160 nəfərlə rekord qırarkən, son 15 gündə investor sayındakı artım 537 min oldu.

"Star": Türkiye çətin yolda uğur qazandı

Türkiyenin son iqtisadi addımları uğur gətirdi. Türkiye uğurlu addımları ilə ümumilikdə mənfi tərəfdə olan kredit reytinq agentliyi "Moody's"i müsbət qərara sövq etdi. "Moody's"in bu addımının digər təşkilatlara da müsbət təsir göstərə biləcəyi bildirilir.

"Hürriyet": Türk Dünyası təcili tibbi xilasetmə qurumu yaradılır

Səhiyyə naziri Fahrettin Koca Türk Dünyası təcili tibbi xilasetmə qurumunun yaradılacağını açıqlayıb. Nazir Koca bu barədə təlimlərin gələn ay İzmirdə başlayacağını bildirib.



Әlaqәli Xәbәrlәr