Türkiye mətbuatı: 16 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2025191
Türkiye mətbuatı: 16 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'': Almaniya qəzeti Türkiye ilə bağlı təhlil xarakterli məqalə dərc edib 

Dünyanın bir çox ölkəsinə ixrac edilən, müharibə və sülhdə uğurlara imza atan Türkiyenin  İHA və SİHA-ları Almaniya mətbuatının gündəmindədir. Almaniyanın ''Frankfurter Allgemeine'' qəzeti  Türkiyenin silah sənayesinə diqqət çəkib. ''Türkiyenin hərbi sənayesi hər zamankindən daha uğurludur'' deyilən məqalədə Türkiye istehsalı pilotsuz uçuş aparatlarına tələbatın çox olduğuna diqqət çəkilib.

''Sabah'': ''Moody's'' Türkiye bankları ilə bağlı proqnozunu açıqlayıb

Beynəlxalq  reytinq agentliyi ''Moody's'' Türkiye bankları ilə bağlı proqnozu mənfidən sabitə dəyişib.

''Haber Türk'': Muğlaya gələn Polşalı turistlərin sayı artır
Muğla şəhərinə cari il 120 min 328 polşalı turist gəlib.

Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, ilin 7 aylıq dövründə Muğlanı 1 milyon 779 min 356 turist ziyarət edib.

Ən çox turistin gəldiyi ölkələr 773 min 909 nəfərlə İngiltərə, 210 min 8 ziyarətçi ilə Rusiya, 120 min 328 turistlə Polşa, 100 min 787 nəfərlə Almaniya, 45 min 439 turistlə Hollandiya olub. Şəhərə başqa ölkələrdən 528 min 885 turist gəlib.

''Yeni Şafak'': Sümela monastrında 10-cu ayin icra edildi 
Fənər Rum Patriarxı Varfolomeyin rəhbərliyində Trabzonun Maçka rayonundakı Sümela monastırında 10-cu ayin icra edilib. Ayində  çıxış edən Varfolomey 2010-cu ildən bu yana ayinin icra edilməsinə icazə verən prezident Rəcəb Tayyib Ərdoğana və dövlət rəsmilərinə təşəkkür edib.

''Star'': ''Qalatasaray'' "Olimpiya Lyublyana"nı 1:0 hesabı ilə məğlub etdi 
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qalatasaray" Sloveniya təmsilçisi "Olimpiya Lyublyana" ilə üzləşib. 1:0 hesabı ilə rəqibini məğlub edən ''Qalatasaray'' komandası  pley-off mərhələsinə yüksəlib.



Әlaqәli Xәbәrlәr