Türkiyə mətbuatı, 15 avqust 2023

“Sabah”, “Star”, “Yeni Şafak”, “Vatan” və “Haber Türk” nələrdən yazır?

2024544
Türkiyə mətbuatı, 15 avqust 2023

 

“Sabah”: Xarici İşlər Nazirliyindən Ermənistana açıq mesaj

  Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolunda Azərbaycanla ziddiyyət təşkil edən Ermənistana mesaj verib: “Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan qaçmaq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqdır”.

“Star”: 91,4 milyon dollar dəyərində Türkiyə qızılbalığı (somon) ixracatı

  2023-cü ilin yanvar-iyul ayları dövründə Şərqi Qara dəniz bölgəsindən Türkiyə qızılbalığı - somon ixracatı əvvəlki illə müqayisədə 97 faiz artaraq 91 milyon 428 min 514 dollara çatıb.

“Yeni Şafak”: Mövlana Bosniyadan keçib

  TRT-nin rəqəmsal platforması “Tabi”də yayımlanan “Mövlana Cəlaləddin Rumi” serialının dünya premyerası 29-cu Sarayevo Film Festivalında (SFF) oldu.

“Vatan”: Robbi Ulyams Türkiyədə ilk dəfə konsert verəcək

  Britaniyalı müğənni və bəstəkar Robbi Uilyams avqustun 17-də Muğlanın Bodrum şəhərində konsert verəcək. Konsertin biletləri 17 min 600 lirədən satışa çıxarılıb.

“Haber Türk”: Olba antik şəhərində qadın heykəli və 2 friz parçası tapılıb

  Türkiyənin Mersin şəhərinin Silifke səmtində Ellinizm dövrünün mühüm yaşayış məskənlərindən biri olan Olba antik şəhərində eramızın 2-ci əsrinə aid sayılan qadın heykəli və mifoloji səhnələri olan 2 friz parçası tapılıb.



Әlaqәli Xәbәrlәr