Türkiye mətbuatı, 2 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2018984
Türkiye mətbuatı, 2 avqust 2023

"Sabah": Yunan jurnalistdən Türkiye haqqında böyük etirafı

Türkiye ilə Yunanıstan arasında dənizdibi ərazi problemindən danışan yunan jurnalist Giorgos Papachristosun acı bir  etirafı olub. Yunanıstanın Egey dənizini özününkü kimi gördüyünü vurğulayan jurnalist "Egey Yunanıstanın gölü deyil. Türkiyenin də burada olduğunu qəbul etmədikcə, yaxşı qonşuluq münasibətləri yarada bilmərik" deyib.

"Habertürk": Misirlə ticarət həcminin 15 milyard dollara çatdırılması hədəf götürülüb

Misirin sənaye və ticarət naziri Əhməd Samir Salehi qonaq edən ticarət naziri Ömər Bolat Misirlə qarşılıqlı ticarəti 5 il ərzində 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.

"Yenişafak": Türk professorun "şəffaf görüntüləmə" texnologiyası xərçəngə yeni həll yolları tapacaq

Almaniyanın Münhen Universitetinin Toxuma Mühəndisliyi və Regenerativ Tibb İnstitutunun rəhbəri prof. Dr. Əli Ertürkün bütün orqanizmi şəffaf hala gətirərək, tək bir hüceyrəni belə görünməmiş aydınlıq və detallarla nümayiş etdirən yeni ixtirası, ən böyük xərçəng araşdırma qurumlarından biri olan "Cancer Research UK" tərəfindən xərçəng diaqnozu və müalicəsində yeni dövrün başlanğıcı olaraq təqdim olundu.

"Star": İstanbul Hava Limanı Avropa yükdaşımaları üzrə birinci yeri tutdu
İstanbul Hava Limanı Avropa yükdaşımaları üzrə birinci olub.
Bununla bağlı Türkiyenin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu öz rəsmi tvitter hesabında paylaşım edib.
"İstanbul Hava Limanı ilin ilk yarısında Avropanın ən yaxşı yük daşımalarına sahib ilk 10 hava limanı arasında birinci olub",- deyə nazir bildirib.

"Hürriyet": Antalyaya 2,6 milyon turist gəldi
1 yanvar - 31 iyul tarixləri arasında hava yolu ilə Antalyaya gələn xarici turistlərin sayı 8 milyon 184 min 89 olub. Bu turist sayı bütün zamanların ən yaxşı 7 aylıq dövrü kimi tarixə düşdü.



Әlaqәli Xәbәrlәr