Türkiye mətbuatı, 26 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2016046
Türkiye mətbuatı, 26 iyul 2023

"Haber Türk": Ərdoğanın yeni konstitusiya iə bağlı açıqlaması

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin sivil, azadlığa üstünlük verən və əhatəli bir konstitusiyaya ehtiyacı olduğunu vurğulayıb. Ərdoğan yeni qanunvericilik ilində yeni konstitusiya üzərində işləməyə üstünlük verəcəklərini bildirib.

"Hürriyet": “Müstəqil Fələstin qurulmalıdır”

Prezident Ərdoğan Türkiyedə rəsmi səfərdə olan Fələstin prezidenti Mahmud Abbası qəbul edib. Ərdoğan deyib ki, BMT-nin parametrləri əsasında 1967-ci ildəki sərhədlərdə Birləşmiş paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması bütün regionun sülh və sabitliyi üçün şərtdir.

"Sabah": İsrail mətbuatında maraqlı təhlil

Prezident Ərdoğanın əsas rolu İsrail mətbuatının da gündəmindədir. Türkiyenin xarici siyasətinə diqqət çəkən “Haaretz” qəzeti kardiostimulyator implantasiyası səbəbindən Türkiyeyə səfəri təxirə salınan İsrailin Baş naziri Binyamin Netanyahunun “qibtə edəcəyi bir liderlə” görüşəcəyini yazıb.

"Yeni Şafak": Ərdoğanın sözləri Yunanıstanda medianın gündəmi oldu

Yunanıstan yanğın fəlakəti ilə mübarizə apararkən Türkiyenin yanğınsöndürmə təyyarəsi yardımı və prezident Ərdoğanın “Yunanıstana kömək etmək üçün əlimizdən gələni etməyə hazırıq” sözləri Yunanıstan qəzetlərinin manşetlərinə çevrilib. "CNN Greece" Ərdoğanın Yunanıstan xalqına mesaj göndərdiyini yazıb. "News Beast" qəzeti də Ərdoğanın sözlərinin həmrəyliyə çağırdığını bildirib.

"Star": Türkiyenin Səudiyyə Ərəbistanına PUA satışı ABŞ və Çinə dərindən təsir etdi

Türkiyenin Səudiyyə Ərəbistanına silahlı pilotsuz uçuş aparatlarının (SİHA) satışı ilə geosiyasi nəticələr verən gücə çevrildiyini bildirən ekspertlər bu vəziyyətin Türkiyenin NATO alyansındakı çəkisini artıracağını vurğulayıblar. Mütəxəssislər "Türkiye Səudiyyə Ərəbistanına SİHA satışı ilə Körfəzdə Çini tarazlaşdıra biləcək NATO ölkəsi halına gəldi" ifadələrdən istifadə ediblər.



Әlaqәli Xәbәrlәr