Türkiye mətbuatı, 24 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2015065
Türkiye mətbuatı, 24 iyul 2023

"Yeni Şafak": İƏT Quran üçün hərəkətə keçsin
Xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Bilaval Bhutto ilə görüşündə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) Qurana hücumlara qarşı tədbir görülməsini tələb edib.

"Star": Türkiyenin yerli elektromobili "Togg" dünyanın ətrafını dolanacaq
Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bir çox ölkə liderini "Togg" ilə bir araya gətirməyi qarşıya məqsəd qoyduqlarını bildirərək, "Togg"u bir tərəfdən Türkiyedə milliətimizlə bir araya gətirərkən, digər tərəfdən də hər bir ölkə və qitəyə yayacağıq" deyib.

"Sabah": Bir gündə hava yolu ilə Antalyaya 99 min 149 turist gəlib
Antalya valisi Ersin Yazıcı dünən sosial media hesabından etdiyi paylaşımla şənbə günü hava yolu ilə Antalyaya 99 min 149 turist gəldiyini açıqlayıb.

"Vatan": İstanbul Hava Limanı Avropanın ən işlək yeridir
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, EUROCONTROL Avropa Aviasiya İcmal Hesabatında açıqlanan hava trafiki statistikasına görə, İstanbul Hava Limanının gündə orta hesabla 1487 uçuşla Avropanın ən işlək hava limanı olduğunu söyləyib.

"Haber Türk": Milli avarçəkən Elis Özbay dünya çempionu oldu
Milli atlet Elis Özbay Bolqarıstanda keçirilən 23 Yaş Altı Dünya Avarçəkmə Çempionatında qızıl medal qazanaraq dünya çempionu oldu.



Әlaqәli Xәbәrlәr