Türkiye mətbuatı:18 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2012740
Türkiye mətbuatı:18 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'':Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi'' məsələsini qiymətləndirib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan müddəti bu gün başa çatan ''Taxıl sazişi'' ilə bağlı deyib: “İnanıram ki, Rusiya prezidenti Vladimir Putin bu humanitar körpünün fəaliyyətinin davam etməsini istəyir”.
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl İstanbuldakı Atatürk Hava Limanında mətbuat konfransı keçirib.

''Star'': Ursula fon der Leyen Rusiyanın Qara Dәniz Taxıl Tәşәbbüsü ilә bağlı qәrarını qınadı

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünü başa çatdırmasını şiddətlə qınadıqlarını bildirib.
Ursula fon der Leyen mövzu ilə bağlı verdiyi açıqlamada deyib:
“Birləşmiş Millətlər Təşkilatı və Türkiyenin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü başa çatdırmaq üçün atdığı addımı qətiyyətlə pisləyirəm”.
Avropa İttifaqı Komissiyasının sədri Aİ-nin çətin vəziyyətdə olanlar ilə əlaqədar ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını və ərzaq məhsullarının Aİ-nin daha əvvəl yaradılan quru yolu vasitəsilə Ukraynadan daşınmağa davam edəcəyini bildirib.

''Sabah'': Türkiye ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair 5 müqavilə imzalanıb

Prezident Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi görüşdən sonra Türkiye və Səudiyyə ərəbistanı arasında əməkdaşlığa dair 5 müqavilə imzalanıb.

''Habertürk'': Sabiha Gökçen Hava Limanı yeni rekorda imza atdı

 Sabiha Gökçen Beynəlxalq Hava Limanı (İSG) iyulun 14-də 123 min 449 sərnişinə, 16 iyulda 123 min 607 sərnişinə ev sahibliyi edərək rekorda imza atıb.



Әlaqәli Xәbәrlәr