Türkiye mətbuatı, 14 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2011087
Türkiye mətbuatı, 14 iyul 2023

"Star": Dünya prezidenti Ərdoğandan danışır: "NATO sammitinin qəhrəmanı"

Prezident Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitinə öz damğasını vurdu. Xarici mətbuatda “NATO sammitinin qəhrəmanı Türkiye prezidentidir”, “Vilnüs: Ərdoğan mütləq qalibdir” və “Ərdoğan öz məqsədlərinə doğru gedən bir ustadır” başlıqları yer alıb.

"Sabah": Ərdoğan: "Aİ sözünə əməl etsə biz də hərəkətə keçəcəyik"

Prezident Ərdoğan NATO sammitindən sonra vətənə qayıdarkən təyyarədə Türkiyenin Avropa İttifaqına üzvlüyü ilə bağlı "Türkiye olaraq verdiyimiz vədlərin hər zaman arxasındayıq, arxasında dayanmağa da davam edəcəyik. Konkret nəticələrini görmək istəyirik. Yaxınqısa zamanda qazan-qazan prinsipi ilə aparılan danışıqlardan sonra vədlərin reallaşmasına görə hərəkətə keçəcəyik" deyib.

"Yenişafak": Türkiyanin ixrac tarixində bir ilk

Ticarət naziri Ömər Bolat Türkiyenin dünya ticarətindəki payının tarixində ilk dəfə olaraq 1 faizi keçdiyini açıqlayıb. Bolat Türkiyenin 2023-cü ilin birinci rübündə ixracatının 225,2 milyard dollar olduğunu bildirib.

"Habertürk": Zeuqma mənşəli məzar steli geri qaytarıldı

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İtaliyadan təhvil alınan Zeuqma mənşəli məzar stelinin Qaziantepdə təslim mərasimində iştirak edib. Ersoy bildirib ki, son 20 ildə müxtəlif ölkələrdən 12 min 16 əsərin geri qaytarılmasını təmin ediblər.

"Hürriyet": İstanbul Avropanın sevimli şəhərləri arasında 1-ci yerdədir"

ABŞ-ın səyahət və tətil jurnalı "Travel and Leisure" (T+L) oxucuları tərəfindən seçilən 2023-cü il Avropanın 15 Sevimli Şəhəri siyahısında İstanbul 1-ci yerdə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr