Türkiyə mətbuatı, 13 iyul 2023-cü il

“Star”, “Haber Türk”, “Hürriyet”, “Sabah” və “Yeni Şafak” nələrdən yazır?

2010597
Türkiyə mətbuatı, 13 iyul 2023-cü il

 

“Star”: Ərdoğan “Müttəfiqlərimizin PYD/YPG ilə əlaqələri ittifaqa ziyan vurur" dedi

  NATO Zirvə Toplantısından sonra mətbuat konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Bəzi müttəfiqlərimizin PYD/YPG ilə təhrif etdiyi münasibətlər ittifaqın birlik və bütövlüyünə xələl gətirir. Bunun ağlabatan və məntiqli izahı yoxdur" dedi.

“Haber Türk”: Ərdoğan “İsveçin NATO-ya üzvlüyünü təsdiq edən orqan TBMM-dir"

  Prezident Ərdoğan NATO Sammitindən sonra verdiyi açıqlamada "Birinci dərəcəli təsdiq orqanı Türkiyə Böyük Millət Məclisidir. Bu prosesin bir an əvvəl bitməsini biz də istəyirik" deyə söyləyib.

“Hürriyet”: Baydendən Ərdoğana videolu təşəkkür

  ABŞ prezidenti Co Bayden NATO Liderlər Zirvə Toplantısında türkiyəli həmkarı R.T.Ərdoğanla görüşünün görüntülərini sosial media hesabında paylaşaraq “Cəsarətiniz, liderliyiniz və diplomatiyanız üçün təşəkkür edirəm” deyib.

“Sabah”: BMT-dən Türkiyəyə taxıl dəhlizi üçün minnətdarıq

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Qara Dəniz Taxıl Dəhlizi Sazişi çərçivəsində həyata keçirilən işlərə görə Türkiyəyə minnətdarlığını bildirib.

“Yeni Şafak”: Kurtulmuş “Türkiyənin və Azərbaycanın itirməyə vaxtı yoxdur" dedi

  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş onu müşayiət edən parlament nümayəndə heyəti ilə Bakıda görüşləri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və ölkənin baş naziri Əli Əsədovla görüşüb. O, “Türkiyə olaraq gedişimizə qaldığımız yerdən davam edirik. Bizim və Azərbaycanın itirməyə vaxtımız yoxdur” deyib.



Әlaqәli Xәbәrlәr