Türkiye mətbuatı, 12 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2010092
Türkiye mətbuatı, 12 iyul 2023

"Hürriyet": Ərdoğan və Bayden görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Cozef Bayden dünən NATO sammiti çərçivəsində 1 saat 15 dəqiqəlik görüş keçirib. Görüşdə Türkiye ilə ABŞ arasında siyasi, iqtisadi və ticari əlaqələr, təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları və regional məsələlər müzakirə edilib.

"Star": Ərdoğan: "Bunun bir daha baş verməsinə heç vaxt icazə verməyəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Srebrenitsa soyqırımında həyatını itirənlərin xatirəsini yad edərək, “Bu gün 28 il əvvəl ilə müqayisədə iqtisadiyyatı, diplomatiyası, imkanları və qabiliyyətləri ilə daha güclü və daha prestijli bir Türkiye var. Ölkə olaraq burada yaşanan iztirabların təkrarlanmasına heç vaxt icazə verməyəcəyik” deyib.

"Haber Türk": Milli Müdafiə naziri Gülər ​​amerikalı həmkarı Ostin ilə görüşüb

Milli nüdafiə naziri Yaşar Gülər ​​və ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin dünən telefonla danışıblar. Görüşdə İsveçin NATO-ya üzvlüyü və F-16 tədarükü/modernizasiyası müzakirə edilib.

"Sabah": Nazir Mehmet Şimşək açıqla verdi

Xəzinə və maliyyə naziri Mehmet Şimşək mayın 26-da 98,5 milyard dollar olan Mərkəzi Bankın ehtiyatlarının iyunun 30-da 108,6 milyard dollara yüksəldiyini açıqlayıb.

"Vatan": Milli döyüş təyyarəsi KAAN ilk sınaqlarına başladı

Türk Aerokosmik Sənayesi baş direktorunun müavini Özkan Altay milli döyüş təyyarəsi KAAN-ın istehsalı və dizaynı ilə montajını tamamlayaraq, ilk yerli sınaqlara başladığını və taksi əməliyyatı həyata keçirdiyini bildirib:
"İlin sonunda təyyarəmizi səmaya çıxarmağı planlaşdırırıq".



Әlaqәli Xәbәrlәr