Türkiye mətbuatı, 10 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2008976
Türkiye mətbuatı, 10 iyul 2023

"Hürriyet": Prezident Ərdoğan ABŞ prezidenti Baydenlə telefonla danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb. Görüşdə Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyenin Aİ-yə tamhüquqlu üzvlük prosesi müzakirə edilib.

"Sabah": Ərdoğan: "Qızıl Aypara Cəmiyyəti bütün məzlumlara ümid verir"

Prezident Ərdoğan Türkiye Qızıl Aypara Cəmiyyətinin iclasına  göndərdiyi videomüraciətdə “Türkiye Qızıl Aypara Cəmiyyəti 155 ildir ki, ölkəmiz üçün qürur mənbəyi olaraq dünyanın hər yerində humanitar yardım fəaliyyəti həyata keçirir. Dövlət-millət həmrəyliyinin təzahürü kimi yardıma ehtiyacı olan bütün məzlumların köməyinə çatır" deyib. 

"Yenişafak": Cevdet Yılmaz: "Qətər əmiri Tani ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik"

Vitse-prezident Cevdet Yılmaz xəzinə və maliyyə naziri Mehmet Şimşək ilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Tani ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdiklərini ifadə edən Yılmaz "Müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirməyi hədəfləyirik" deyib.

"Habertürk": Aİ ölkələrinə avtomobil ixracı ilin ilk yarısında 20 artdı

Türkiye Avropa İttifaqı ölkələrinə avtomobil ixracını ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıraraq 11 milyard 988 milyon 673 min dollara çatdırıb.

"Star": THY və İstanbul Hava Limanının uğuru Türkiyeni zirvəyə qaldırdı

İstanbul Hava Limanı gündə orta hesabla 738 qalxış və orta hesabla 1525 uçuşla Avropanın ən işlək hava limanı oldu. THY Avropada ən çox uçuş həyata keçirən 3-cü hava yolu şirkəti oldu. Türkiye aviasiyaya qoyduğu sərmayələrlə hava nəqliyyatı və sərnişin tutumunda Avropa lideri oldu.



Әlaqәli Xәbәrlәr