Türkiyə mətbuatı, 23 iyun 2023

“Hürriyet”, “Vatan”, “Haber Türk”, “Star” və “Yeni Şafak” nələrdən yazır?

2003356
Türkiyə mətbuatı, 23 iyun 2023

 

“Hürriyet”: Şimşəkdən güc və güvən vurğusu

  Xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib: "Türkiyə lirəsinin sabitliyi və təhlükəsizliyi dollarlaşma bəlasından xilas olmaq üçün ən təsirli həll yoludur… “Türkiyə əsri” təməl fəlsəfəsi üç məfhumda təcəssüm olunur: sabitlik, etibar və davamlılıq.

“Vatan”: Mərkəzi Bankın ümumi ehtiyatları artıb

  Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) Həftəlik Pul və Bank Statistikasını açıqlayıb. Buna əsasən, Mərkəz Bankın ümumi ehtiyatları 16 iyunda bitən həftədə 3 milyard 18 milyon dollar artaraq 102 milyard 801 milyon dollarlıq olub.

“Haber Türk”: "Fitch” Türkiyənin gələn il də 3 faiz inkişafını proqnozlaşdırdı

  Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Türkiyənin 2023-cü il üçün artım gözləntisinin 2,5, 2-24-cü il üçünsə 3 faiz olduğunu açıqladı. Hesabatda qeyd olunub ki, 2025-ci ildə 3,8 faiz artım proqnozlaşdırılır.

“Star”: Türkiyənin 2023-cü il hədəfi 60 milyon turistdir

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “2023-cü ildə 60 milyon turist və 56 milyard dollarlıq gəlir hədəfimizi qoruyuruq. Bundan əlavə, 2023-cü ildə Türkiyədən “Michel” bələdçi kitabına bir neçə gözəl yeri də əlavə etmək istəyirik” deyib.

“Yeni Şafak”: Türkiyə elm və texnologiyada başqa ölkələrə nümunə oldu

  Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası – TÜBİTAK-ın sədri professor Hasan Mandal ölkənin xüsusilə elm və texnologiya sahəsində görkəminin artdığını, Avropa İttifaqı Komissiyasının Türkiyənin uğurunu və bu sahədəki müvəffəqiyyətlərini açıq şəkildə gördüyünü, yüksək qiymətləndirdiyini və digər ölkələrə nümunə göstərdiyini deyib.  



Әlaqәli Xәbәrlәr