Türkiyə mətbuatı, 22 iyun 2023-cü il

“Star”, “Yeni Şafak”, “Sabah”, “Hürriyet” və “Vatan” nələrdən yazır?

2002860
Türkiyə mətbuatı, 22 iyun 2023-cü il

 

“Star”: “Energy İntelligence”dən diqqət çəkən analiz

  ABŞ mərkəzli “Energy İntelligence” 2023-cü il 14-28 may seçkilərinə istinad edərək prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı yazı hazırlayıb. Türkiyənin müstəqil xarici siyasət yürütdüyünə diqqət çəkən məqalədə “Ərdoğan hakimiyyəti dövründə Avropa və ABŞ-ın maraqlarından asılı olmayan, öz kursunu müəyyən edən bir Türkiyə xarici siyasəti yaradıb” yazılıb.

“Yeni Şafak”: Türkiyə, Rusiya və İrandan YPG/PKK-ya dəstək verən ölkələri qınama

  21 iyunda Qazaxıstanın paytaxtında Astana danışıqlarının 20-ci raundu keçirildi. Görüşün sonunda Rusiya, Türkiyə və İran birgə bəyanat qəbul edib. Bəyanatda Türkiyə, Rusiya və İran həm də Suriyanın şimal-şərqində PKK/YPG-yə dəstək verən ölkələrin hərəkətlərini pisləyib.

“Sabah”: Nazir Uraloğlu tarixi söylədi

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu "2025-ci ildə yerli sürətli qatarımızı sərnişin nəqliyyatına qazandırmağı düşünürük" dedi.

“Hürriyet”: Antalyadan yeni rekord

  Antalyaya gələn xarici turist sayında 17 iyun şənbə günü 86 min 278 nəfər və 1081 təyyarə reysi ilə yeni rekord qırılıb.

“Vatan”: Dəniz ilbizi ixracatı 7,2 milyon dolları keçdi

  Türkiyədən dəniz ilbizi ixracatı 2023-cü ilin yanvar-may dövründə 159 % artaraq 7 milyon 235 min 437 dollara çatıb. Ən çox ixrac Cənubi Koreyaya edilib.



Әlaqәli Xәbәrlәr