Türkiye mətbuatı:21 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2002295
Türkiye mətbuatı:21 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

“Hürriyet”: Ərdoğan: ''Biz qaçqınların könüllü qayıtmasını dəstəkləyirik”

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman insanlıq və qonşuluq borcunu yerinə yetirən Türkiyenin qaçqınların sağ-salamat, könüllü və qürurla vətənlərinə qayıtmasını dəstəklədiyini və bunun üçün lazımi işlərin görüldüyünü söyləyib.

''Vatan'': Ərdoğan Qərb ölkələrinə reaksiya göstərib

Prezident Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrində kök saldıqdan sonra zəhərli sarmaşıq kimi digər cəmiyyətlərə yayılan qaçqınlara qarşı nifrət ifadələrini, neonasist ideologiyasını, islamafobiya və ksenofobiyanı rədd etdiklərini bildirib.

''Star'': “Alman terrorçu “Tomas” zərərsizləşdirildi''

Türkiye Silahlı Qüvvələrinin ötən həftə İraqın şimalında zərərsizləşdirdiyi PKK terrorçularından birinin Almaniya vətəndaşı olduğu bildirilib. Öldürülən terrorçunun almaniyalı Tomas J. olduğu müəyyən edilib.
''Sabah'': “PKK-nın Almaniyadakı bazası”
Almaniya Federal Konstitusiyanı Müdafiə Təşkilatının (BfV) məlumatlarına görə, terror təşkilatı PKK Almaniyada 14 min 500 üzvü ilə ekstremist xarici təşkilatlar arasında birinci yeri tutmağa davam edir.



Әlaqәli Xәbәrlәr