Türkiye mətbuatı: 20 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2001775
Türkiye mətbuatı: 20 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Sabah'': Cevdet Yılmaz: Kıbrısda yaşayan türklər embarqoları bir-bir aradan qaldıracaq''

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar ilə keçirdiyi birgə mətbuat konfransında deyib: "Kıbrısda yaşayan türklər ''Türkiye yüz ili''ndə  embarqoları bir-bir aradan qaldıracaq''.

''Hürriyet'': Türkiye XİN İordan çayının qərb sahilindəki qeyri-qanuni yaşayış məntəqələri ilə bağlı bəyanat yaydı

Türkiye İsrailin İordan çayının qərb sahilindəki 19 qəsəbədə yeni qeyri-qanuni yaşayış məntəqəsi inşa etməklə bağlı planını pisləyib.
Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşma fəaliyyəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda İsrail hakimiyyətinin İordan çayının qərb sahilindəki 19 qəsəbədə daha 4 500 yeni  qeyri-qanuni yaşayış məntəqəsi inşa etməklə bağlı planının qınandığı bildirilib.
İsrail hökumətinin sülhə zərbə vuran, beynəlxalq hüququq normaları və Birləşmiş Millətlər Təşkilatının parametrlərini tamamilə pozan addımlarının qəbuledilməz olduğu vurğulanıb.
"Türkiye paytaxtı Şərqi Qüds olan, coğrafi cəhətdən inteqrasiya olunmuş, müstəqil və suveren Fələstin Dövlətinin qurulması üçün iki dövlətli həll səylərini dəstəkləməyə davam edəcək",-deyə bəyanatda vurğulanıb.

''Yenisafak'':  Yeni PUA ilk dəfə nümayiş etdirildi
Türkiyenin TUSAŞ şirkəti tərəfindən istehsal edilən yük PUA-sı
Fransanın paytaxtı Parisdə keçirilən Airshow forumunda  nümayiş etdirilib. Yük PUA-ları ilə silah və sursatdan yanacağa qədər fərqli ehtiyaclar havadan daha sürətli, təhlükəsiz şəkildə cəbhəyə çatdırılacaq.
''Habertürk'': Çinin elektrikli avtomobil istehsalçısı Türkiye iqtisadiyyatına sərmayə qoyacağını açıqlayıb.
Çinin ''Skywell'' elektrikli avtomobil istehsalçısı Türkiye iqtisadiyyatına  sərmayə qoyacağını açıqlayıb.
''Star'': Türkiye liderliyini davam etdirdi
Avropa çempionatının seçmə mərhələsində D qrupunda mübarizə aparan Türkiyenin milli komandası Uels yığmasını məğlub edərək liderliyini davam etdirib. Məlumata görə, Türkiye yığması Uelsi 2-0 hesabı ilə məğlub edib. Xalını 9-a yüksəldən Türkiye liderliyini davam etdirdi.



Әlaqәli Xәbәrlәr