Türkiye mətbuatı: 8 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1996872
Türkiye mətbuatı: 8 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

“Haber Türk”: Ərdoğan Putin və Zelenskiyə Kaxovka bəndində baş verən partlayışın araşdırılması ilə əlaqədar çağırış edib
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir  Zelenski ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayıb. Rəcəb Tayyib  Ərdoğan telefon danışıqları zamanı Ukraynanın Kaxovka su bəndində baş verən partlayışla bağlı hərtərəfli araşdırmanın aparılmasının vacibliyini vurğulayıb.

''Star'': Rusiya: ''Ərdoğanın açıqlamalarına diqqət yetiririk”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiye ilə münasibətlərdə prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək istiqamətindəki bəyanatlarının diqqət mərkəzində olduğunu bildirib.

''Vatan'': İsveçdə terrorla mübarizə qanunu iyunun 1-də qüvvəyə mindi

NATO-ya üzv olmaq istəyən İsveçdə yeni antiterror qanununun iyunun 1-də qüvvəyə minməsi ilə Ali Məhkəmə 35 yaşlı PKK terrorçusunun ekstradisiyasına müsbət yanaşıb. Gələn ay keçiriləcək NATO sammitindən əvvəl Türkiyenin təsdiqini gözləyən Stokholm rəhbərliyi ekstradisiya üçün son sözü deyəcək.

''Hürriyet'': “Türkiyedə bir gündə 70 min 76 barrel neft hasil edilir

Türkiyedə kəşf edilən son neft yatağı ilə 32 ilin ən yüksək neft hasilatının reallaşdığı bildirilib. Gündəlik neft hasilatı 70 min 75  barrelə yüksəlib.  

''Yeni Şafak'': Türk dünyası Kastamonuda görüşəcək

Türk Dünyası Günləri 9-11 iyun tarixlərində Kastamonuda coşğu ilə qeyd olunacaq. Ənənəvi Türk Dünyası Günlərində 23 fərqli ölkədən bir çox sənətçinin konsertləri, ata-baba mirasına aid tədbirlər, rəqs nömrələri və vizual şoular nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr