Türkiye mətbuatı: 1 iyun 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
''Star'': Ərdoğan: Prezident üsul idarəsi sistemi xalqdan etimad səsi aldı
Prezident Rəcəb Tayyib Ərdoğan deyib: '' Prezident üsul idarəsi sistemi mayın 14 və 28-də keçirilən seçkilərdə xalqdan etimad səsi aldı''
''Sabah'': Kreml Ərdoğan-Putin görüşü ilə bağlı açıqlama verdi
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin keçirdikləri son telefon danışığında görüş keçirmək mövzusunda razılıq əldə ediblər. Görüşün vaxtı və yerinin hələ müəyyən edilmədiyini bildirən Peskov deyib: "Belə bir razılaşma var. Deyə bilərəm ki, bu görüşə hazırlaşırıq".
''Hürriyet'': Türkiye iqtisadiyyatı ilin birinci rübündə inkişaf etdi
Türkiye Statistika Təşkilatı bu ilin birinci rübündə Türkiye iqtisadiyyatının inkişaf etdiyini açıqlayıb.
''Vatan'': İstanbul Hava Limanından 205 milyondan çox sərnişin istifadə edib
Türkiyenin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 29 oktyabr 2018-ci ildə açılan İstanbul Hava Limanından 1 milyon 417 min uçuşla 205 milyondan çox sərnişin daşınıb.
''Haber Türk'': İki kruiz gəmisi ilə Bodruma1982 turist gəlib
Dünən Bodrum limanında iki kruiz gəmisi lövbər saldı. Məlumata görə, Bodruma iki kruiz gəmisi ilə 1982 turist gəlib. Turistlərin bir qismi çimərliyə getib, digərləri isə qəsəbənin tanınmış küçələrində alış-veriş ediblər.