Türkiye mətbuatı, 22 may 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

"Yenişafak": Defne Xəstəxanası 57 gündə istifadəyə verildi
Prezident Rəcəb Tayyib Ərdoğan "60 gün ərzində istifadəyə verəcəyik" vədini verdiyi Hataydakı Defne Dövlət Xəstəxanasının açılışında çıxış edib. 57 gündə tamamlanan xəstəxananın açılış mərasimindəki çıxışında Ərdoğan xəstələrin qəbulunun bu gündən başlayacağını bildirib.
"Star": Türkiye İsrailə reaksiya göstərdi
Türkiye İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqınını pisləyib və "Bu təxribatçı və faşist hərəkətlər heç bir şəkildə qəbul edilə bilməz" deyib.
"Habertürk": TPAO "Şəhid Aybüke Yalçın-2" quyusunda qazma işlərinə başladı
Türkiye Neft Şirkəti (TPAO) Şırnakda Qabar dağında terrordan təmizlənən "Şəhid Aybüke Yalçın-2" (ŞAY-2) quyusunda qazma işlərinə başladığını açıqlayıb.
"Hürriyet": Aralıq dənizində təbii qaz kəməri Türkiyesiz düşünülə bilməz
İtaliyanın enerji şirkəti ENI-nin baş icraçı direktoru (CEO) Klaudio Deskalzi bildirib ki, Türkiyeni Aralıq dənizində təbii qaz boru kəməri işlərindən kənarlaşdırmaq ağlasığmazdır.
"Sabah": Kannda Nuri Bilgə Ceylan küləyi
Nuri Bilge Ceylanın TRT ilə birgə istehsalı olan "Quru otlar üstünə" filmi 76-cı Kann Film Festivalında "Qızıl Palma" üçün yarışan 21 film arasında yer alıb. Filmin dünya premyerası festivalda olub. Nümayişdən sonra film 11 dəqiqə ayaqda alqışlarla qarşılanıb.
Әlaqәli Xәbәrlәr

Türkiyə mətbuatı, 28 sentyabr 2023
“Yeni Şafak”, “Sabah”, “Haber Türk”, “Star” və “Hürriyet” nələrdən yazır?