Türkiye mətbuatı: 18 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1987945
Türkiye mətbuatı: 18 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin uzadıldığını açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin daha 2 ay uzadıldığını açıqlayıb.Türkiye Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının paytaxt Ankaradakı mərkəzi qərargahında keçirilən toplantıda çıxış edib.

Ərdoğan deyib: "Türkiyenin liderliyi, Rusiya və Ukraynanın konstruktiv münasibətləri və BMT-nin yardımı sayəsində 2022-ci il iyulun 22-də İstanbulda imzalanmış saziş bir neçə dəfə uzadılıb. Sonuncu uzadılma müddəti bitmək üzrə idi. Ölkəmizin səyləri, rus dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın töhfələri ilə ''Taxıl sazişi''nin daha 2 ay müddətinə uzadılmasına qərar verildi. Qlobal ərzaq tədarükü zəncirlərinin fasiləsiz işləməsi və xüsusilə ehtiyacı olan ölkələrin taxıla çıxışının asanlaşdırılması üçün həyati əhəmiyyət kəsb edən bu qərarın bütün tərəflər üçün faydalı olmasını arzu edirəm. Müqavilənin qarşıdakı dövrdə də davam etməsi üçün səylərimizi davam etdirəcəyik. Bundan başqa rus dostlarımız Mikolayev və Olvia limanlarındakı Türk gəmilərinin çıxışına mane olmayacaqlarını bildirdilər. Bunun üçün onlara minnətdarıq''.

''Yeni Şafak'': Çavuşoğlu  ''Charlie Hebdo'' jurnalına reaksiya göstərib
Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “Charlie Hebdo” jurnalının son sayında prezident Rəcəb Tayyib Ərdoğanın hədəf alınmasına münasibət bildirib. ''Twitter'' səhifəsində paylaşım edən Mövlud Çavuşoğlu deyib: "Charlie Hebdo jurnalı  türk xalqını təhqir etməyə davam edir''.
''Vatan'': Nurəddin Nebati: İşsizlik nisbəti 2018-ci ildən bəri ilk dəfə birrəqəmli rəqəmə enib
Xəzinə və maliyyə naziri Nurəddin Nebati “İşsizlik nisbəti 2018-ci ildən bəri ilk dəfə birrəqəmli rəqəmə enib''.

''Haber Türk'': Türkiye əhalisinin 15,2 faizi gəncdir
Türkiyə Statistika İdarəsinin hesablamalarına görə, 2022-ci ildə ölkə üzrə 15-24 yaş arasında gənclərin sayı 12 milyon 949 min 817 nəfər təşkil edib. Bu da ümumi əhalinin 15,2 faizinə bərabərdir.

''Sabah'': 480 sərnişin daşıyan kruiz gəmisi Marmarisdə lövbər saldı
Bahama bayrağı altında üzən "Seabourn Encore" adlı kruiz gəmisi Muğlanın Marmaris rayonunda lövbər saldı.  210 metr uzunluğundakı gəmi Marmarisə 480 turist gətirdi.



Әlaqәli Xәbәrlәr