Türkiye mətbuatı: 20 aprel 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1977350
Türkiye mətbuatı: 20 aprel 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Vatan'':  Yunanıstanın ''Kathimerini'' qəzeti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarına diqqət çəkib

Yunanıstanın ən böyük qəzetlərindən biri olan ''Kathimerini'' Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə dünyanın ən mühüm nüvə güclərindən biri olacaq. ''Türkiye yüz ili'' eyni zamanda enerjinin yüz ili olacaq'' açıqlamasına diqqət çəkib.

'Sabah'':  Ukraynalı nazirə ''Togg'' jesti
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov  milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Türkiyeyə səfər edib.Hulusi Akar Kubrakovun Kayseri hava limanından otelə Türkiyə Milli Müdafiə Nazirliyi üçün ayrılan yerli "Togg" markalı avtomobillə gətirilməsini tapşırıb. 

''Yenisafak'': TÜBİTAK-ın Gebzedəki kampusunda xərçənglə bağlı araşdırmalar aparılacaq

TÜBİTAK-ın Kocaelinin Gebze qəsəbəsində yerləşən peyvənd və dərman vasitələrinin hazırlanacağı kampusunun açılışında çıxış edən  Türkiyenin sənaye və texnologiya naziri Mustafa Varank deyib: "Kampusda biotexnoloji dərmanlar və peyvəndlər sınaqdan keçiriləcək, xərçənglə bağlı araşdırmalar aparılacaq''.

''Hürriyet'':  Karaismailoğlu: ''İstanbul hava limanlarından istifadə edən sərnişinlərin sayı 38 faiz artıb"
Nəqliyyat və infrastruktur Naziri Adil Karaismailoğlu  deyib: "İstanbul hava limanlarından istifadə edən sərnişinlərin sayı 38% artıb.  Bu ilin ilk 3 ayında İstanbul Hava Limanı 16,5 milyon, Sabiha Gökçen Hava Limanı 7,9 milyon sərnişinə xidmət göstərib''.

''Star'': Türkiyedə 23 oyun şirkətinə cəmi 424,7 milyon dollar sərmayə qoyulub
2022-ci ildə Türkiyedə 23 oyun şirkətinə cəmi 424,7 milyon dollar sərmayə qoyulub. İstanbul Londondan sonra Avropanın ən çox oyunla bağlı müqavilə bağlayan ikinci şəhər oldu.



Әlaqәli Xәbәrlәr