Türkiye mətbuatı, 19 aprel 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1976750
Türkiye mətbuatı, 19 aprel 2023

"Sabah": Elektrikli lokomotiv relslərdə

Türkiyenin daxili və milli imkanlarla inkişaf etdirdiyi E5000 tipli elektrik lokomotivi dünən Əskişəhərdə prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi kütləvi açılış mərasimində relsə çıxarıldı.

"Star": Hulusi Akar açıqladı: "Türkiye Silahlı Qüvvələri terrorçuların 'qalasına' girdi

Milli müdafiə naziri Hulusi Akar İraqın şimalındakı Zap bölgəsində terrorçuların qala hesab etdiyi və girilə bilməyən Çemçö adlı mağaraya girildiyini, çoxlu silah-sursatın ələ keçirildiyini bildirdi.

"Vatan": Qara dəniz qazı quruda yanmağa başladı

Qara dənizdəki Sakarya qaz yatağında aşkar edilən Qara dəniz qazı 170 kilometrlik dəniz məsafəsindən quruya çatdı. İlk sınaq üçün yanma proseslərinə start verildi.

"Hürriyet": Nazir Dönməz: "694 milyon ton nadir torpaq elementi kəşf etdik"

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez dünən Əskişəhərdə keçirilən kütləvi açılış mərasimində açıqlamalar verdi. Nazir Dönmez çıxışında "Nadir torpaq elementləri obyektini millətin xidmətinə təqdim edəcəyik. 694 milyon ton nadir torpaq elementi aşkar etdik" dedi.

"Yeni Şafak": "TCG Anadolu" gəmisinə ziyarətçi axını

Türkiyenin ən böyük hərbi gəmisi olan "TCG Anadolu" aprelin 17-dən ziyarətçilərin üzünə açılıb. "TCG Anadolu"ya göstərilən maraq dünən də davam edib. Gəmiyə baxmağa gələnlər İstanbul Sarayburnu sahilində metrlərlə növbə yaradıblar.



Әlaqәli Xәbәrlәr