Türkiye mətbuatı: 13 aprel 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1974109
Türkiye mətbuatı: 13 aprel 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Sabah'': Ərdoğanın sözləri dünyanın gündəmindədir
Mayın 14-də Türkiyedə keçiriləcək prezident və parlament seçkiləri dünyanın gündəmini zəbt edib. Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı AK Partiyanın seçki manifesti dünya mətbuatında manşetə çıxarılıb. ''Bloomberg'' Ərdoğanın seçkidən sonrakı dövr üçün ipucları verdiyini, BBC isə Ərdoğanın  yeni vədlərlə meydan oxuduğunu yazıb.

''Star'': İngiltərə mediası: ''Türkiye dünyada bir ilkə imza atmış olacaq''

İngiltərə mediası Türkiyenin TCG Anadolu-ya 50 silahlı PUA yerləşdirərək dünyada  ilkə imza atacağını yazıb.

''Vatan'': ''Togg'' Özbəkistana çatıb
İlk dəfə prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təhvil verilən Türkiyenin ilk elektromobili  ''Togg'' Azərbaycandan sonra türk dünyasının qəlbi olan Özbəkistana çatıb.

''Yenisafak'':  "Roketsan ən müasir məhsullarını Braziliyada nümayiş etdirir

Roketsan Latın Amerikası regionunda müdafiə və təhlükəsizlik sənayesinin ən mühüm tədbirlərindən biri olan LAAD Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak edir.

''Hürriyet'': Mahmet Nuri Ersoy: ''Türkiye ən çox turist qəbul edən ölkələrdən biridir''
Türkiyenin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyenin dünyanın ən çox turist qəbul edən 3-cü ölkəsi olduğunu bildirib.
İstanbul Tüyap Sərgi və Konqres Mərkəzində "26-cı Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisi"nin (EMITT) açılışına qatılan Mehmet Nuri Ersoy 2022-ci ildə 42 milyon turist və 35 milyard dollar gəlir hədəfi ilə yola çıxdıqlarına diqqət çəkib.
“İl ərzində bu hədəfə üç dəfə yenidən baxıldı. İlin sonunda Türkiyenin  turizmdən əldə etdiyi gəlir 46,3 milyard dollara, ölkəyə gələn turistlərin sayı isə 51,4 milyona çatıb'',-deyə Mehmet Nuri Ersoy qeyd edib.
Türkiyenin mədəniyyət və turizm naziri bildirib ki, beləliklə Türkiye dünyanın ən çox turist qəbul edən ölkələrindən biri olub.



Әlaqәli Xәbәrlәr