Türkiye mətbuatı, 28 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1966172
Türkiye mətbuatı, 28 mart 2023

"Star": Türkiye Fransaya reaksiya göstərdi

Fransanın Ankaradakı səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə Türkiyenin terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG və onun qadın qolu YPJ-nin üzvlərinin Fransa Senatında qarşılanmasına dair etirazı çatdırılıb, bu hadisənin qəbuledilməz olduğu və qınandığı bildirilib.

"Vatan": Akar: "Sərhədləri qanunsuz keçməyə icazə vermərik"

Milli müdafiə naziri Hulusi Akar zəlzələdən sonra 60 min suriyalının könüllü olaraq ölkələrinə qayıtdığını ifadə edərək, "Biz heç vaxt sərhədlərdən qeyri-qanuni keçidə icazə vermərik, belə bir şeydən söhbət gedə bilməz" deyib.

"Yenişafak": Varank: "Bayraktar TB3" Türkiyeyə strateji üstünlük qazandıracaq"

Sənaye və texnologiya naziri Mustafa Varank "Bayraktar TB3" ilə bağlı açıqlamasında "Türkiye Donanmasının ən böyük döyüş gəmisi; dünyanın isə ilk SİHA döyüş gəmisi olacaq "TCG-ANADOLU" üzərində qalxıb enə biləcək "Bayraktar TB3"-lər Türkiyeyə strateji üstünlük qazandıracaq" deyib.

"Hürriyet": "ANKA" və "ULAK"-dan 4.5G uçuşu

Müdafiə Sənayesi Rəhbərliyi (SSB) milli baza stansiyası "ULAK"-ın ilk dəfə 4.5G xidməti göstərən "ANKA" pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edildiyini açıqladı.

"Sabah": Türkiyenin dəniz ilbizi ixracı 3,2 milyon dolları keçdi

Türkiyedən dəniz ilbizi ixracı ilin yanvar-fevral dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə 62 faiz artaraq 3 milyon 279 min 143 dollara çatıb.



Әlaqәli Xәbәrlәr