Türkiyə mətbuatı, 22 mart 2023

“Sabah”, “Haber Türk”, “Hürriyet”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?

1963350
Türkiyə mətbuatı, 22 mart 2023

 

“Sabah”: Türkiyə ilə İraq arasında “İnkişaf yolu” layihəsi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraqın baş naziri Məhəmməd Şiya es-Sudani ilə birgə mətbuat konfransı keçirib. Bəsrədən Türkiyəyə qədər uzanan “İnkişaf yolu” layihəsinin həyata keçiriləcəyini söyləyən Ərdoğan “İnkişaf yolu” layihəsini bölgəmizin yeni “İpək yolu”na çevirəcəyimizə inanıram” deyib.

“Haber Türk”: Türkiyə narahatlığını İsrailə çatdırdı

  Türkiyə prezidenti R.T.Ərdoğan İsrail prezidenti İsaak Hersoqla telefonda danışıb. İordan çayının qərb sahilində artan hücum və zorakılıq hadisələrindən dərin narahatlığını bildirən Ərdoğan Əqsa məscidinin tarixi statusu və mənəviyyata qarşı təxribat və təhdidlərə yol verilməməsinin vacibliyini dilə gətirib.

“Hürriyet”: Cümhur İttifaqının namizədi Ərdoğandır

  Türkiyə prezidenti R.T.Ərdoğanın 14 may prezidentliyə namizədlik seçkiləri üçün ərizə verib. Cümhur İttifaqının Ədalət və İnkişaf Partiyası (AK Parti) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) təmsilçiləri Ərdoğanın prezidentliyə namizədliyi üçün birlikdə Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

“Yeni Şafak”: Ayasofya gül suyu ilə yuyuldu

  11 ayın sultanı Ramazan ayına bir gün qaldı. Milyonlarla müsəlman 22 mart axşamı ilk təravihini yerinə yetirəcək və Ramazan günü oyanılan ilk sahurla başlayacaq. Məscidlər də maraqla gözlənilən mübarək iqlimə hazırdır. İstanbulun ruhani mərkəzləri - Ayasofya və Eyüp Sultan məscidləri gül suyu ilə yuyularaq Ramazan bayramına hazır vəziyyətə gətirilib.

“Haber Türk”: Türkiyənin hədəfi 60 milyon turistdir

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 200 ölkədə tanıtma həyata keçirdiklərini bildirərək deyib: “Türkiyəyə dünyanın hər yerindən turistlər gəlir. 60 milyon turist hədəfimizi qoruyuruq. 2028-ci il üçün məqsədimiz 100 milyard dollarlıq turizm gəliridir”.



Әlaqәli Xәbәrlәr