Türkiye mətbuatı, 16 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1960525
Türkiye mətbuatı, 16 mart 2023

"Haber Türk": Ərdoğan bir ildə 650 min mənzil tikiləcəyini vədini verdi

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələlərdə dağılan şəhərləri bir il ərzində bərpa edəcəklərini vəd etdiklərini ifadə edərək, 650 min ev tikib sahiblərinə təhvil verməyi planlaşdırdıqlarını bildirib. Ərdoğan "Son 20 ildə istifadəyə verdiyimiz 1 milyon 180 min kütləvi yaşayış evi və şəhərlərin yenidən salınması üçün inşa etdiyimiz 3,3 milyon layihələri verdiyimiz sözə əməl edəcəyimizin zəmanətidir" deyib.

"Hürriyet": Ərdoğandan Finlandiyaya yaşıl işıq

NATO-ya üzvlük üçün Türkiyenin təsdiqini gözləyən Finlandiya və İsveçdə diqqət mərkəzi rəsmi Ankaradır. İsveçin əksinə olaraq Türkiyenin tələblərini yerinə yetirən Finlandiyaya yaşıl işıq yandı. Prezident Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı "Cümə günü verdiyimiz sözə əməl edəcəyik" dedi.

"Yeni Şafak": Ərdoğanın Finlandiya ilə bağlı bəyanatı dünya mətbuatında

Prezident Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı açıqlama verərək, “Vəzifəmizi yerinə yetirəcəyik, cümə günü verdiyimiz sözü yerinə yetirəcəyik” dedi.

"Star": Türkmənistan karbohidrogen sərvətlərini bölüşməyə hazırdır

Müstəqilliyini elan etdiyi dövrdə onu ilk tanıyan ölkənin Türkiyenin olduğunu deyən Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri  ölkənin karbohidrogen sərvətini “Türk ailəsi” ilə bölüşməyi hədəflədiklərini bildirib.

"Vatan": "TOGG" yollardadır

Bursansanın Gemlik rayonunda istehsal edilən, Türkiyenin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”müxtəlif rəngli avtomobilləri ilə sınaq sürüşlərinə başlayıb. Bursanın prospekt və küçələrində sınaqdan keçirilən avtomobillər vətəndaşlar tərəfindən də bəyənilib. Dron ilə havadan görüntülənən "TOGG" öz möhtəşəmliyi insanları valeh etdi.



Әlaqәli Xәbәrlәr