Türkiye mətbuatı: 14 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1959385
Türkiye mətbuatı: 14 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Vatan'': Türkiyedə keçiriləcək seçki təqvimi elan olundu
Daxili İşlər Nazirliyi 81 vilayət valiliklərinə seçkilərlə bağlı məktub göndərib. Məktubda bildirilib ki, ikinci səsvermə keçiriləcəyi təqdirdə prezident seçkiləri 28 may 2023-cü il bazar günü baş tutacaq.
Məktubda həmçinin seçkilərin sülh və təhlükəsizlik mühitində keçməsi üçün görülən tədbirlərin nəzərdən keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

''Haber Türk'': İbrahim Kalın ABŞ konqresmenlərini Türkiyeyə dəvət edib

Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın Türkiye ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin olduğunu ifadə edərək: “Konqres üzvləri Türkiyeyə gəlsə, məmnun olarıq” deyib. İbrahim Kalın NATO-ya üzvlük üçün Türkiyenin təsdiqinə ehtiyacı olan Finlandiya ilə bağlı yaxın günlərdə irəliləyişin ola biləcəyini ifadə edib.

''Star'': "BMT Türkiye ilə bağlı bəyanat yayıb

Birləşmiş Millətlər Təşkilatının Humanitar məsələlər üzrə Koordinasiya Ofisinin Cenevrə üzrə nümayəndəsi və koordinasiya şurasının direktoru Rameş Rajasingham Türkiyenin humanitar məsələlərdəki mühüm rolunu vurğulayıb. 

''Hürriyet'': Toggun satış prosesi bu həftə başlayır

Türkiyenin elektrikli avtomobili Togg bu həftə satışa çıxarılacaq. Togg təkcə dünyanın ən uğurlu elektrik avtomobil markalarından biri olmayacaq, həm də bir çox texnoloji təşəbbüslərin yaranmasında mühüm rol oynayacaq. Toggun satışa çıxarılan ilk modeli C seqmentli SUV avtomobili olacaq. İlin sonuna qədər təxminən 20 min avtomobil istehsal ediləcək.

''Sabah'': Muğlaya rekord sayda turist gəlib
Bu il Türkiyənin Muğla şəhərinə rekord sayda turist gələcək.
Turizm sektoru nümayəndələri oktyabrın sonuna qədər 2 milyon turistin Dalaman Hava Limanına enəcəyini açıqlayıb. Qeyd olunub ki, ən çox turist Böyük Britaniyadan gözlənilir. İlk uçuşun martın 17-də həyata keçiriləcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr