Türkiyə mətbuatı, 27 fevral 2023

“Sabah”, “Hürriyet”, “Star”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?

1952010
Türkiyə mətbuatı, 27 fevral 2023

 

“Sabah”: Onun sözləri dünya gündəmində idi

  Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi kimi Türkiyəyə gələn yüksək rütbəli rəsmi Devid Bisli (David Beasley) Hatayın Antakya rayonunda baş verən dağıntıları “qiyamət” sözü ilə ümumiləşdirib. Gördüklərini izah edən Bisli "Bu dağıntının ölçüsünü dərk etmək mümkün deyil" deyib.

“Hürriyet”: NASA-dan Antakya payı

  ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi - NASA fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərin vurduğu ziyanı ortaya qoyan görüntüləri yayımlayıb. NASA zəlzələdən əvvəl və sonra Antakyanın 4 və 8 fevral tarixlərində çəkilmiş infraqırmızı peyk görüntüləri ilə bölgədəki dəyişikliyi ortaya qoyub.

“Star”: Yunanıstan millət vəkilinin zəlzələ sonrası "12 mil" fürsətçiliyinə reaksiya

  Yunanıstan parlamentinin üzvü Dora Bakoyanni Türkiyədə baş verən zəlzələdən sonra “12 mil” fürsətçilik edənlərə sərt reaksiya verib. Egey və Şərqi Aralıq dənizlərində Türkiyə ilə əməkdaşlıq edilə biləcəyini söyləyən Bakoyanni “Yunanıstanın ərazi sularını 12 mile qədər uzadıb-uzatmamağının zamanı deyil” deyib.

“Yeni Şafak”: Tarixdə qara ləkə olan bu insanlığa qarşı cinayəti qınayırıq

  Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi “Tarixə qara ləkə kimi düşmüş insanlığa qarşı cinayəti qınadıqlarını” bildirərək ​​“Can Azərbaycan xalqına bir daha başsağlığı veririk” ifadələrini işlədib.

“Haber Türk”: Türkiyə milli güləşçisi Taha Akgül Misirdə qızıl medal qazandı

  Misirdə keçirilən İbrahim Mustafa turnirində milli güləşçi Taha Akgül qızıl medal qazanaraq dünya reytinqinə xal qazandırıb.



Әlaqәli Xәbәrlәr