Türkiyə mətbuatı, 23 fevral 2023

“Star”, “Haber Türk”, “Hürriyet”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

1950243
Türkiyə mətbuatı, 23 fevral 2023

 

“Star”: Çavuşoğlu “Bir çox şəhərləri yenidən quracağıq” dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 22-də verdiyi açıqlamada Kahramanmaraşda mərkəzli zəlzələlərdən sonra bir çox şəhəri yenidən quracaqlarını bildirib və həm də beynəlxalq ictimaiyyətə indiyə qədər verdiyi dəstəyə görə təşəkkür edib.

“Haber Türk”: Almaniyalı nazirlər Kahramanmaraşda

  Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Faeser fevralın 22-də zəlzələlərin episentri olan Kahramanmaraşın Pazarcık qəsəbəsində olublar. A.Baerbok "Bu zəlzələ fəlakətinin miqyası, hətta siz burada olsanız belə, sözlə ifadə edilə bilməz" deyib.

“Hürriyət”: "Baykar”ın İHA və SİHA-ları zəlzələ bölgəsində 1914 saat 19 dəqiqə uçdu

  Kahramanmaraşdakı zəlzələlərdən sonra “Baykar”ın İHA və SİHA-ları zəlzələ bölgəsində 1914 saat 19 dəqiqə uçdu. Zərərin qiymətləndirilməsi, təhlükəsizlik, axtarış-xilasetmə və sürətli xəritələşdirmə əməliyyatlarını yerinə yetirən İHA və SİHA-ların uçuş missiyaları davam edir.

“Yeni Şafak”: Dünya mətbuatında diqqət çəkən zəlzələ analizi

  Dünya tarixinin ən böyük zəlzələ fəlakətlərindən birini yaşayan Türkiyə üçün saysız-hesabsız ölkələr tək ürək olub. Mövzu ilə bağlı təhlil yazan “Al-Jazeera” bu beynəlxalq əlaqənin Türkiyənin illərdir uğurla həyata keçirdiyi yardım diplomatiyasının nəticəsi olduğunu bildirib.

“Sabah”: Qəhrəman it Proteonun adı küçə heyvanları mərkəzində yaşayacaq

  Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən Adıyamanda axtarış-xilasetmə işlərində çalışarkən həyatını itirən Meksika qrupundakı Proteo adlı itin adı Kocaeli Başiskele Bələdiyyəsi tərəfindən sahibsiz heyvanlar üçün inşa edilən reabilitasiya mərkəzinə verilib.

 



Әlaqәli Xәbәrlәr