Türkiyə mətbuatı, 15 fevral 2023

“Haber Türk”, “Star”, “Hürriyet”, “Vatan” və “Sabah”  nələrdən yazır?

1946702
Türkiyə mətbuatı, 15 fevral 2023

 

“Haber Türk”: Ərdoğan “Millətimlə birlikdə bunun öhdəsindən gələcəyik" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı 14 fevral açıqlamasında bildirib: "Ancaq millətimlə birlikdə bunun öhdəsindən gələcəyik".

“Star”: Çavuşoğlu “Türkiyəyə ilk dəstək verən ölkələrdən biri idi"

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə ilk dəstək verən ölkələrdən biri olduğunu bildirib və bu çətin zamanda həmrəylik və dəstəyə görə İsrail dövlətinə və xalqına təşəkkür edib.

“Hürriyet”: ABŞ Dövlət Departamenti: “Zəlzələ təkcə Suriya və Türkiyəni deyil, dünyanı da vurdu"

  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı “Bu zəlzələlərin səbəb olduğu dağıntılara və insan tələfatına baxdığımızda, görürük ki, onlar təkcə Suriya və Türkiyəni deyil, dünyaya da təsir edib."

“Vatan”: Stoltenberq “Türkiyədəki zəlzələlərin səviyyəsi hamımızı qorxutdu" dedi

  NATO-nun baş katibi Yens Stoltenberq fevralın 14-də Kahramanmaraşdakı zəlzələlərlə bağlı bunları söyləyib: “Türkiyədə baş verən zəlzələlərin səviyyəsi hamımızı qorxutdu. NATO müttəfiqləri Türkiyəyə mühüm dəstək verir. Bu dəstəyi davam etdirməli və həmrəylik içində olmalıyıq”.

“Sabah”: ÜST-dən zəlzələ şərhi

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge mərkəzi Kahramanmaraşda olan zəlzələlərlə bağlı "ÜST Avropasında əsrin ən dəhşətli təbii fəlakətinin şahidi olduq" deyib.



Әlaqәli Xәbәrlәr