Türkiyə mətbuatı, 13 fevral 2023

“Star”, “Haber Türk”, “Hürriyet”, “Vatan” və “Sabah” nələrdən yazır?

1945689
Türkiyə mətbuatı, 13 fevral 2023

 

“Star”: Zəlzələdən sonra Türkiyəyə gələn ilk dövlət başçısı

  Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani Kahramanmaraşda “Əsrin fəlakəti” olan zəlzələlərdən sonra prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlib. Ərdoğan onu İstanbuldakı Vahdettin malikanəsində qəbul edib. Qətər əmiri zəlzələlərdən sonra Türkiyəyə səfər edən ilk dövlət başçısıdır.

“Haber Türk”: Yunanıstan yardıma davam edir

  Türkiyə dağıdıcı zəlzələlərdən sonra dünyadan dəstək almağa davam edir.

  Yunanıstanın xarici işlər naziri Nikos Dendias Adanaya gəlib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarını qarşılayıb. İki nazir Hataya gedib.

  Zəlzələ bölgəsində açıqlamalar verən N.Dendias Yunanıstanın Türkiyəyə dəstəyinin davam edəcəyinin söyləyib.

“Hürriyet”: Təşəkkürlər, qonşu

  Antalyanın Kaş qəsəbəsindən 7,5 kilometr aralıda yerləşən Yunanıstanın Meis adasından Türkiyədəki zəlzələ qurbanlarına yardım ləvazimatı göndərilib. Yardım qutularının üzərində “Əziz qonşu, zəlzələlərdə evlərinizlə birlikdə bizim də ürəyimiz dağıldı” yazılıb.

“Vatan”: Türkiyə tək bir ürəkdir, yardım gecəsi

  Televiziya Yayımçılar Birliyi fevralın 6-da Kahramanmaraş başda olmaqla 10 rayonda baş verən iki zəlzələdən sonra yardım gecələri təşkil etmək qərarına gəldi. Yardım gecəsi 15 fevralda Türkiyə vaxtı ilə saat 20:00-da "Tək ürəkli Türkiyə" şüarı ilə keçiriləcək. Yardımlar Qırmızı Aypara və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesablarında toplanacaq.

“Sabah”: Ancelina Coli ağrılı atanın şəkli ilə dünyaya səsləndi

  Məşhur amerikalı aktrisa Ancelina Coli Kahramanmaraşda baş verən zəlzələnin simvolik kadrlarından biri olan, 15 yaşlı qızını əlindən buraxmayan ağrılı atanın şəkli ilə dünyaya mesaj paylaşıb. O, sosial media hesabından zəlzələ qurbanları üçün ianə çağırışı edib.



Әlaqәli Xәbәrlәr