Türkiye mǝtbuatı, 30 yanvar 2023

Türkiye mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1939284
Türkiye mǝtbuatı, 30 yanvar 2023

"Hürriyet": Prezident Ərdoğanın İsveçlə bağlı açıqlaması

Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 29-da verdiyi açıqlamada İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərinə toxunaraq, "Finlandiya ilə bağlı fərqli qərar verə bilərik, İsveç şoka düşəcək" deyib.

"Yeni Şafak": Prezident Ərdoğan sosial mediada ən çox izlənən ikinci liderdir

İtaliyada rəqəmsal məlumatları təhlil edən bir fondun araşdırmasına görə, Prezident Rəcəb Tayyib Ərdoğan sosial mediada ən çox izlənilən liderlər sırasında olub. Araşdırmaya görə, sosial mediada ən çox izlənən dünya liderləri; Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden, Prezident Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski olub.

"Sabah": Nazir Hulusi Akar: "Biz sülhə töhfə vermək üçün işlərimizi davam etdiririk"

Milli müdafiə naziri Hulusi Akar Türkiyenin bölgədə və dünyada sülh üçün mübarizə apardığını bildirib. Nazir Akar “Bir tərəfdən sərhədlərimizin qorunması və mühafizəsi, terrorla mübarizə, digər tərəfdən isə  Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti və azərbaycanlı qardaşlarımız və liviyalı qardaşlarımız başda olmaqla Somalidə, Sudanda, Kosovoda, Bosniyada ola biləcək coğrafiyalarda minlərlə əsgərimizlə birlikdə bölgə və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz fəaliyyətlərimizi davam etdiririk" deyib.

"Vatan": "Bayraktar" - əfsanə qanadlar" Ukrayna ekranlarında

Ukraynalı jurnalist Nataliya Moseiçuk və komandası “Bayraktar TB2” pilotsuz hücum kompleksinə həsr olunmuş “Bayraktar Legend Wings” (Bayraqdar - əfsanə qanadlar) adlı sənədli film hazırlayıblar.

Ukraynalı jurnalistlər filmin çəkilişləri üçün 3 gün İstanbulda olublar. Ekran əsəri Ukraynanın ən böyük telekanallarından olan 1+1 kanalında yayımlanıb.

Filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiye Texnoloji Komandası Fondu İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Bayraktar TB2”lərin inkişaf mərhələsindən danışıblar.

"Star": Makaronda hədəf 1,5 milyon ton ixracdır

Ötən il Türkiyedən 160 ölkəyə 967 milyon dollar dəyərində 1,3 milyon ton makaron ixrac edilib. Sektor cari il ixracını 1,5 milyon tona çatdırmağı hədəfləyir.

 



Әlaqәli Xәbәrlәr