Türkiyə mətbuatından xülasə, 24 yanvar 2023

“Yeni Şafak”, “Star”, “Vatan”, “Haber Türk” və “Hürriyet” nələrdən yazır?

1936878
Türkiyə mətbuatından xülasə, 24 yanvar 2023

 

“Yeni Şafak”: Prezident Ərdoğandan İsveçə NATO vetosu

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 23 yanvar iclasından sonra verdiyi açıqlamada Quranın yandırıldığı alçaq hərəkətə göz yuman İsveçə sərt sözlərlə reaksiya verərək deyib: "İsveç hökuməti, hüquq və azadlıqlara hörmətiniz bu qədərdir, amma siz ilk növbədə Türkiyə Cümhuriyyəti və müsəlmanların dini inanclarına hörmət edəcəksiniz. Əgər bu hörməti göstərməsəniz, inciməyin, NATO ilə bağlı bizdən heç bir dəstək almayacaqsınız".  

“Star”: Aİ açıqladı ki, İstanbulda böyük bir zirvə keçiriləcək

  Avropa İttifaqının (Aİ) Türkiyədəki nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar fevralın 22-də İstanbulda böyük zirvə toplantısının keçiriləcəyini bildirib.

“Vatan”: Nazir Dönməz “Mukavemet” gəmisi dəniz dibində əməliyyatlar üçün donanmamıza qatıldı” dedi

  Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez yanvarın 23-də verdiyi açıqlamada Qara dənizin dərinliklərində enerji bazası qurduqlarını söyləyərək deyib: "Bunlar üçün də xüsusi gəmilərə ehtiyacımız var. “Mukavemet” gəmisi dəniz dibində əməliyyatlar aparmaq üçün donanmamıza qatıldı.”

“Haber Türk”: Türkiyənin Şimali Afrikaya ixracatı artıb

  Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin Şimali Afrika ölkələrinə ixracatı 2022-ci ildə 2021-ci ilə nisbətən 5,1 % artaraq 13 milyard 148 milyon dollara çatıb.

“Hürriyət”: İstehlakçı güvən indeksi yüksəldi

  Türkiyə Statistika İdarəsi və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının məlumatlarına görə, 2023-cü ilin yanvar ayında istehlakçı güvən indeksi 79,1 olub. Ötən ilin dekabrında isə bu göstərici 75,6 idi.

 



Әlaqәli Xәbәrlәr