Türkiye mǝtbuatı, 16 yanvar 2023

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1932961
Türkiye mǝtbuatı, 16 yanvar 2023

"Hürriyet": Süleyman Soylu: "PUA-lar Türkiyenin terrorla mübarizə tarixini dəyişdi"

Daxili işlər naziri Süleyman Soylu "Twitter" hesabından etdiyi paylaşımda deyib: "Pilotsuz uçuş aparatları (PUA) Türkiyenin terrorla mübarizə tarixini dəyişdi. Xüsusilə "Bayraktar PUA" dünyanın qarşısında salam durduğu oyunu dəyişən bir möcüzədir".

"Yenişafak: Dünya nəhənglərinin gözü Türkiyedədir

Türkiyenin Qara dənizdə 710 milyard kubmetr təbii qaz ehtiyatı çıxarması və onu işləməyə başlaması dünyanın aparıcı enerji şirkətlərini hərəkətə keçirdi. Türkiyenin qapısını milyardlarla dollarlıq təkliflərlə döyən şirkətlərin təklifləri rədd edildi. “Təbii qazı özümüz çıxarıb, özümüz satacağıq” mesajı verildi.

"Sabah": Adil Karaismailoğlu: "Dünyada 14-cü yerdəyik"

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyeyə məxsus gəmi donanmasının tutumunun 41 milyon dedveyt tona (DWT) çatdığını və bununla da Türkiyenin dünyanın ən böyük gəmi donanmasına malik 14-cü ölkəsi olduğunu açıqlayıb.

"Star": Türkiye 110 ölkəyə satdı

Ötən il Türkiyedən 110 ölkə və bölgəyə 9 milyard 264 milyon 807 min dollarlıq minik avtomobili ixrac edilib.

"Habertürk": Türkiyenin daha 10 ləzzəti Aİ-də qeydiyyatdan keçəcək

Sənaye və texnologiya naziri Mustafa Varank Türk Patent və Əmtəə Nişanları Qurumu (TÜRKPATENT) tərəfindən Türkiyenin 10 ləzzəti üçün Avropa Komissiyasına qeydiyyat müraciəti etdiyini bildirərək, “Avropa İttifaqı (Aİ) nəzdində coğrafi göstəricilərin sayını 100-ə çatdıracağıq” deyib.



Әlaqәli Xәbәrlәr