Türkiye mətbuatı, 23 dekabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1922639
Türkiye mətbuatı, 23 dekabr 2022

"Hürriyet": Ərdoğan: "Ölkəmizi zirvəyə qaldırmaq əzmindəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, dünyada baş verən hər böhran Türkiyeni daha da gücləndirir. Siyasi, diplomatik və təhlükəsizlik uğurları ilə yanaşı sərmayə qoyuluşu, məşğulluq və ixracatla inkişaf etdirdiyimiz ölkəmizi Türkiyenin yeni Əsri ilə zirvəyə qaldırmaq əzmindəyik”.

"Haber Türk": Çavuşoğlu "İsveçdə konkret addım yoxdur"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyedən NATO-ya üzvlüyün təsdiqini gözləyən, ancaq əvvəl terrora verdiyi dəstəyi dayandıracağı vədini verən İsveç tərəfində konkret addım atılmadığını, terrorla əlaqəli cinayətkarların təhvil verilməsi və terror aktivlərinin dondurulması ilə bağlı da hər hansı addımın atılmadığını söyləyib. Çavuşoğlu "Müdafiə sənayesi şirkətlərimiz İsveçdən bəzi məhsulların idxalı üçün lazımi müsbət cavabı ala bilmədilər" deyib.

"Yeni Şafak": Türkiye təbii qaz mərkəzinə çevrilir

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Ukrayna-Rusiya müharibəsinin taxıl və enerji böhranına səbəb olduğunu, güclü diplomatiyanın Türkiyeni mühüm mövqeyə gətirdiyini bildirib. Türkiyenin taxıl böhranını həll etdiyini vurğulayan Çelik enerjidə isə "Türkiye enerjinin müxtəlif ölkələrə nəql edildiyi mərkəz olacaq" deyə qeyd edib. 

"Star": Türkiyenin neftlə bağlı atdığı addım

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez son neft kəşflərinə işarə edərək, “Yerli neft hasilatımız 80 min barrelə çatıb. Cümhuriyyətimizin yüzilliyində (2023-cü ildə) gündəlik 100 min barrel neft hasil etməyi qarşımıza məqsəd qoymuşuq" deyib. 

"Sabah": Mərkəzi Bankın ehtiyatları son 8 ilin ən yüksək həddində

Türkiye Cümhuriyyəti Mərkəzi Bankının cəmi ehtiyatları 16 dekabr həftəsində əvvəlki həftə ilə müqayisədə 747 milyon dollar artaraq 129 milyard 511 milyon dollarla 2015-ci ilin yanvar ayından bu yana ən yüksək səviyyəyə çatıb.



Әlaqәli Xәbәrlәr