Mətbuatdan günün xülasəsi, 18 noyabr 2022

“Hürriyet”, “Haber Türk”, “Star”, “Sabah” və “Yeni Şafak” nələrdən yazır?

1907697
Mətbuatdan günün xülasəsi, 18 noyabr 2022

 

“Hürriyet”: Ərdoğan “İndoneziyada bizi çox bəyəndilər” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G-20 sammitində iştirak etdiyi sessiyalarda Türkiyənin enerji və sağlamlıq mövzularında atdığı addımların təqdiredici olduğundan danışıldığını bildirərək deyib: “Biz Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi və taxıl dəhlizinə dair təşəbbüsümüzün dünya ölkələri başçıları tərəfindən müsbət qarşılandığının şahidi olduq”.

“Haber Türk”: Qara dəniz taxıl müqaviləsi daha 120 gün uzadıldı

  Türkiyə prezidenti R.T.Ərdoğan “Qara dəniz taxıl dəhlizi sazişi 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadıldığını bildirdi. Xarici işlər naziri Mövlud Çavuşoğlu razılaşmanın uzadılması ilə bağlı "İstanbul ümid mərkəzi olmağa davam edir" deyib.

“Star”: Türkiyə İsveç və Finlandiyanın vədlərinə əməl etmələrini gözləyir

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya və İsveçin Türkiyənin təhlükəsizlik narahatlıqlarını anlamalarını və Madriddə qəbul etdikləri addımları atmalarını gözlədiklərini söyləyib. H.Akar İsveç baş nazirinin və xarici işlər nazirinin YPG-PYD-nin iyerarxik və maliyyə cəhətdən PKK ilə bağlı olması ilə bağlı açıqlamalarının məmnuniyyət verici olduğunu, Finlandiya hökumətindən də oxşar açıqlama gözlədiklərini bildirib.

“Sabah”: İstanbul avropalı rəqiblərini geridə qoydu

  Pandemiyadan sonra Türkiyə turizm sektoru 50 milyon turist və 44 milyard dollarlıq gəlir kimi il sonu hədəflərini yenidən nəzərdən keçirib və konqres turizmində yüksəliş göstərib. 2021-ci ildə İstanbul Amsterdam, Roma və Stokholm kimi Avropa rəqiblərini geridə qoymağı bacarıb və konqres turizmində dünyada 12-ci yeri tutub. Bu il 42 beynəlxalq konqresə ev sahibliyi edən İstanbulun 1-2 ildən sonra yenidən ilk 10-luqda yer alması gözlənilir.

“Yeni Şafak”: İstanbul-Sofiya ekspresi 2023-cü ilin ən yaxşı səyahət marşrutları arasındadır

  Nəşr etdiyi 150 milyondan çox kitab və broşürlə səyahət bələdçiliyi nəşriyyatı liderlərindən olan “Lonely Planet” 2023-cü ildə ediləcək ən yaxşı səyahət marşrutlarının siyahısını açıqlayıb. Şirkət ən yaxşılar arasından 30 turistik yeri 5 kateqoriyada qiymətləndirib: “səyahət etmək, yemək, öyrənmək, dincəlmək və əlaqələr qurmaq”. “Lonely Planet” həmçinin İstanbul-Sofiya ekspresini ən yaxşı səfər marşrutlarından biri kimi göstərib.



Әlaqәli Xәbәrlәr