Türkiye mәtbuatı, 7 sentyabr 2022

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1876636
Türkiye mәtbuatı, 7 sentyabr 2022

"Haber Türk": Ərdoğan: Yunanıstan təhdid etməyə davam edərsə, səbrin də sonu var"

Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfəri zamanı Yunanıstanın Egey dənizində Türkiyenin təyyarələrini təqib etməsinə reaksiyasını davam etdirib. Yunanıstanın Ttürkiyenin reaktivlərinə qarşı təcavüzü ilə bağlı “Dediyim yuxu deyil” deyən Ərdoğan “Bir gecə qətlətən gələ bilərik deyirksə, vaxt çatanda qəflətən gələ bilərik” deyib.

"Hürriyet": “Türkiye ilə Bosniya və Herseqovina arasında şəxsiyyət vəsiqəsilə səyahət”

Prezident Ərdoğan Balkan turu çərçivəsində getdiyi Bosniya və Herseqovinada Prezidentlik Şurasının sədri Şefik Caferoviç, şura üzvləri Zeljko Komsiç və Milorad Dodik ilə birgə mətbuat konfransında iştirak edib. Ərdoğan “İndi Türkiyedən Bosniya və Herseqovina, Bosniya və Herseqovinadan Türkiyeyə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq” deyib.

"Star": Dodik: "Ərdoğan dünyanın ən böyük liderlərindən biridir”

Bosniya və Herseqovina Dövlət Şurasının üzvü Milorad Dodik Şura sədri Şefik Caferoviç və məclis üzvü Zeljko Komşiç ilə hər zaman münaqişə içində olduqlarını, lakin prezident Ərdoğanın Bosniya və Herseqovina səfəri ilə dostluq mühiti yaradıldığını bildirib. Dodik “Bu, Ərdoğana hörmət olduğunu göstərir. Avropa İttifaqı bizim problemlərimizi həll edə bilməz. Ərdoğan dünyanın ən böyük liderlərindən biridir” deyib.

"Vatan": Türkiye dünyanın ən böyük PUA ixracatçısıdır

"Bayraktar TB2" Silahlı Pilotsuz Uçuş Aparatlarının (SİHA) şöhrəti bütün dünyaya yayılmağa davam edir. Türkiyenin SİHA uğuru bir müddət əvvəl İtaliya mətbuatında işıqlandırılıb. Türkiye SİHA-larına diqqət çəkilən xəbərdə ABŞ, İsrail, Çin, Fransa və İngiltərənin geridə qaldığını vurğulanıb. Xəbərdə Türkiyenin SİHA ixracatında lider olduğu qeyd edilib.

"Yeni Şafak": Avropa şirkətlərinin Türkiyeyə ehtiyacı var

Türkiyedə fəaliyyət göstərən Avropa şirkətləri Avropa İttifaqı ilə Türkiye arasında Gömrük İttifaqının təcili olaraq yenilənməsini istəyir. Türkiyenin etibarlı tərəfdaş olduğunu qeyd edən İtaliya Ticarət və Sənaye Palatası Dərnəyinin sədri Livio Manzini Çinə qarşı Türkiyedən başqa alternativ ölkə olmadığını ifadə edib. Almaniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Markus Kristian Slevogt “Avropanın gələcəyindən faydalanacaq hər kəs Türkiyeyə sərmayə qoymalıdır” deyib.



Әlaqәli Xәbәrlәr